Ərdoğan: “Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoyub”

23:19 / 21.09.2021
2139
"Qafqazda sülh və sabitlik baxımdan yaxın müddətdə önəmli addımlar atılıb”.
Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasından dünya ictimaiyyətinə ünvanladığı müraciətində bildirib.
Ərdoğan deyib ki, Azərbaycan qanuni müdafiə haqqından istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub:
"Bu hadisə regionda daimi sülhün bərpasına fürsət pəncərələrinin açılmasına da imkan yaradıb. Türkiyə tərəflərin atacağı hər müsbət addımı dəstəkləmək qərarındadır”.