Təhsil işçilərinin sentyabr konfransı keçirildi

Təhsil işçilərinin sentyabr konfransı keçirildi
Sentyabrın 21-də Bakı şəhəri təhsil işçilərinin "Zəfər ili: sınaqlar və hədəflər” konfransı keçirilib.

Təhsil Nazirliyindən Sfera.az-a bildirilib ki, konfransda təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, nazirliyin və BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər və media nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub və tər çiçəklər düzüblər.

Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Konfrans Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən, möhtəşəm zəfəri bizə yaşadan Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra 2020-2021-ci tədris ili ərzində BŞTİ-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva hesabat məruzəsi ilə çıxış edib. Konfrans iştirakçılarını salamlayan İdarə müdiri çox mürəkkəb, lakin tarixi bir qələbə ilə yadda qalan 2020-2021-ci tədris ilində BŞTİ-nin müxtəlif fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında ətraflı məlumat verib, islahatların tətbiqi vəziyyətindən danışıb, növbəti tədris ili üçün təhsil işçiləri qarşısında duran vəzifələri diqqətə çatdırıb.

2020-2021-ci tədris ilinin Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi dövründə tədrisin təşkili ilə bağlı müəyyənləşdirilmiş qaydalara uyğun olaraq hibrid formada təşkil edildiyini xatırladan Mehriban Vəliyeva pandemiya və müharibə şəraiti sınaqlarına baxmayaraq bütün alternativ variantlardan istifadə etməklə Bakı məktəblərində təhsilin fasiləsizliyinin təmin edildiyini vurğulayıb.

İdarə müdiri zəfər tarixinin bəxş etdiyi qürur hissi ilə qədəm qoyduğumuz yeni dərs ilində mövcud pandemiya şəraitindən irəli gələn qaydaların məktəblərdə tətbiqinə ciddi nəzarət olunması, vaksinasiya prosesinin tam təmin olunması, gənc nəslin Zəfər tariximizdən sonrakı mərhələdə vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, keyfiyyət artımının təməli hesab olunan ümumi təhsilin məqsədyönlü inkişafı, buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən yaxşılaşdırılmasının əsas hədəflərdən olduğunu bildirib.

Təhsil naziri Emin Əmrullayev tədris ilinin başlanması münasibətilə təhsil işçilərinə təbriklərini çatdırıb, uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan, perspektiv məsələlərdən bəhs edib, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub.

Təhsil naziri çıxışı zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilində sistemli islahatlar aparıldığını, ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərildiyini və Azərbaycan təhsilinin bugünkü inkişafının mənbəyinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan məqsədyönlü siyasətdən qaynaqlandığını bildirib.

Təhsil naziri çıxışında məktəb idarəetməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi, gənc nəslin vətənpərvərlik, azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi kimi məsələlərin növbəti tədris ilində prioritet istiqamətlərdən olacağını qeyd edib. Yeni tədris ilindən məktəblərin IX siniflərində "Zəfər tarixi"nin dərsdənkənar kurs olaraq tədris ediləcəyini vurğulayan nazir bunun gənclərin vətənpərvərlik ruhunda yetişməsinə bir töhfə olacağını deyib.

Daha sonra 220 nömrəli məktəb-liseyin direktoru Lətifə Əzimova, Təlimə Dəstək Mərkəzinin metodisti Turan Zəkəriyəyeva, Vətən Müharibəsi iştirakçısı, 12 nömrəli məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Anar Miriyev, 234 nömrəli tam orta məktəbin peşə təmayüllü sinfinin şagirdi Ləman Şamıyeva çıxış ediblər.

Konfrans BŞTİ-nin nəzdindəki 4 və 5 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzlərinin xor ansamblının ifasında "Zəfər" mahnısı ilə başa çatıb.

OXŞAR XƏBƏRLƏR

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...