Məşhur futbolçu qarət olundu

Məşhur futbolçu qarət olundu
Futbol üzrə Argentina millisinin məşqçisi Roberto Ayala silahla qarət edilib.

Sfera.az xəbər verir ki, bu barədə "El Mundo Deportivo" nəşri məlumat yayıb.

Hadisə San-Kaetano rayonundan keçərkən baş verib.

48 yaşlı mütəxəssis şəxsi avtomobili ilə gedərkən 3 nəfər silahlı şəxs onu dayandırmaq üçün əvvəlcə maşına daş atıblar.

Ardınca isə əllərindəki tapança ilə Ayalanı hədələyərək, onun təqribən 5 600 avro pulunu və mobil telefonunu götürüblər.

Həmin vaxt yoldan keçən sürücü vəziyyəti görüb və polisi keçmiş futbolçunun köməyinə gəlməyə çağırıb.
 

OXŞAR XƏBƏRLƏR