Ərdoğan bu tarixdə Rusiyaya gedəcək

Dünya
17:41 / 21.09.2021
1386
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 29-da Rusiyaya səfər edəcək.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.
Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Prezidentlərin ikitərəfli əlaqələrin hazırkı vəziyyətini, beynəlxalq arenadakı gündəlik aktual məsələləri, o cümlədən Suriyadakı vəziyyəti müzakirə edəcəkləri gözlənilir.
Aysel
Sfera.az