Ermənilər hərbi texnikalarının Qarabağdan çıxarıldığını etiraf etdi

Siyasət
14:29 / 21.09.2021
951
Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin hərbi texnikaları əllərindən alınır.
Sfera.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində bir çox paylaşımlar edilib.
Xankəndidə yaşayan Marat Yeqanyan adlı erməni istifadəçi sosial şəbəkə hesabında belə yazıb:
"Hərbi texnikaları Qarabağdan çıxarıb aparırlar”.
O, yazılan şərhlərdən birinə cavab isə olaraq bildirib ki, Xankəndidə texnika daşımaq üçün istifadə olunan çoxlu sayda maşınları müşahidə edib.