"Dağ boyda qardaşı ölən bacıyam..." - Tanınmış aparıcıdan ağrı-acı dolu paylaşım

"Dağ boyda qardaşı ölən bacıyam... 5 ildə üzünü 5 ay görmədim, bilərəkdən uzaq oldun hə? Bizi bu gün üçün hazırlayırdın".
 
Sfera.az bildirir ki, bunu aparıcı Vüsalə Əlizadə vəfat edən qardaşı ilə bağlı deyib. O, sosial şəbəkə hesabında qardaşının məzarı başından görüntülər paylaşıb.
 
"Vətən sağ olsun deyirdin, bacın qurban. Neynirəm sənsiz o ulduzları, medalları? Sən ki bu dünyadan heç doymamışdın. Niyə atamla bəhsə girdin? Kimin adı daha çox yaraşacaq qara daşa? Atamın iyini səndən alırdım, başımı sənin sinənə qoyanda dünya çıxsın qarşıma deyirdim. Sən ki vəfasız deyildin, bu qara daşdan sənin qoxun gəlmir. Sənin kimi oxşamır saçımı. Diləyimi sənə əmanət etmişdim, ay vəfasız, sən Rafaelimi mənə etibar etdin? Uca dağım, bir ömürlük ürək dağım oldun", - deyə Əlizadə qeyd edib.

Xatırladaq ki, Vüsalə Əlizadənin qardaşı Əlihüseyn Əlizadə ötən ay yol qəzasında dünyasını dəyişib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR