Sakinlər işğaldan azad edilmiş torpaqlara nə zaman qayıdacaq? – Deputatdan açıqlama

13:08 / 21.09.2021
1262
"İşğaldan azd edilmiş torpaqlara qayıdış yaxınlaşır və proses mərhələli şəkildə həyata keçiriləcək”.
Bu sözləri
Sfera.az-a açıqlamasında məcburi köçkünlərin işğaldan azad olunmuş torpaqlara
qayıdışının mümkün tarixi haqda sualı cavablandırarkən Milli Məclisin deputatı
Elman Məmmədov deyib.
Deputat bildirib
ki, qayıdışın reallaşması bir sıra şərtlərdən asılıdır:
"İlk növbədə
qayıdılacaq ərazilərin təhlükəsizliyi təmin olunmalı, bu yerlər minalardan təmizlənməlidir.
Ardınca həmin ərazilərdə yaşayış üçün evlər tikilməli, müəyyən iş yerləri yaradılmalı,
infrastruktur formalaşmalıdır. Qayıdış üçün kommunal infrastrukturun qurulması
mühüm amillərdəndir ki, hazırda bu istiqamətdə də gərgin iş gedir”.
E. Məmmədov qayıdış
prosesinin mərhələli şəkildə həyata keçiriləcəyini deyir: "Qayıdışın özü də mərhələli
şəkildə olacaq. İlk növbədə Şuşa, Ağdam, Füzuli və Zəngilanın "ağıllı kənd”inə
mərhələli qayıdış başlanacaq”.