Məsələ Milli Məclisə çıxarılır - Azərbaycan Ermənistandan nələr tələb edəcək?

Məsələ Milli Məclisə çıxarılır - Azərbaycan Ermənistandan nələr tələb edəcək?
Vətən Müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı Milli Məclisdə xüsusi dinləmə keçiriləcək. Bu, artıq parlamentin İnsan hüquqları komitəsinin 2021-ci il payız sessiyası üçün iş planına daxil edilib.
 
Maraqlıdır, həmin iddialarda nələr qeyd olunmalıdır, xüsusilə nəzərə alınmalı istiqamətlər hansılardır?

Bununla bağlı hüquq müdafiəçisi Sahib Məmmədov Sfera.az-a açıqlamasında sözügedən iddialarla bağlı bir çox istiqamətlərin ola biləcəyini deyib:

"Məsələn, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıb ki, Azərbaycan erməni xalqına münasibətdə "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə Konvensiya"nın müvafiq maddələrini pozub. Özlərinin böhtan, şantaj siyasətinə uyğun iddia təqdim ediblər. Əslində biz belə bir iddianı tədqim etməli idik. Çünki onlar ərazilərimizin 20 faizini işğal edib orada etnik azərbaycanlıların hamısını deportasiya etmiş, qalanları girov götürmüş, məhv etmişdilər və s.  Ermənistan hərbçiləri əsl irqi ayrı-seçkilik, soyqırım, insanlıq əleyhinə cinayətlər törətmişdilər. 

Digər tərəfdən ərazilərin işğalı nəticəsində mədəni və dini abidələrin dağıdılması da bir irqi ayrı-seçkilik formasıdır. Bu da həmin iddiada ola bilər. Biz ilk növbədə Beynəlxalq Ədalət Məhkəməsinin proseduruna uyğun olaraq, konturmemorandum təqdim etməliyik və bütün faktları orada göstərməliyik".

Müsahibimiz Azərbaycana vurulan digər ziyanlardan da söz açıb:

"Ətraf mühitə vurulan ziyan, təbii sərvətlərin qanunsuz mənimsənilməsi, yaşayış, qeyri-yaşayış binalarının və infrastrukturun dağıldılması, bunun nəticəsində dəyən ziyanın miqdarı, bunun ödənilməsinə dair təzminat iddiası olmalıdır. Söhbət Ermənistanın cavabdehliyindən gedirsə, bu şikayəti Beynəlxalq Ədalət Məhkəməsinə verə bilərik. Amma məsələ  belədir ki, nə Azərbaycan, nə də Ermənistan o məhkəmənin yurisdiksiyasını  tanıyır, ona görə bir qədər başqa prosedurlar gərəklidir. O ki qaldı dinləmələrə, Milli Məclisdə çox adam bu prosedurları bilmir və heç bilməyə də borclu deyillər. Düzdür, ölkə başçısının göstərişi ilə beynəlxalq qiymətləndiricilər də dəvət olunub. Lakin hesab edirəm ki, iddiaların hazırlanmasına beynəlxalq səviyyədə tanınan mütəxəssislər cəlb olunsa, daha yaxşıdır".

S.Məmmədov Ermənistanın tələb edilən təzminatı ödəyib-ödəməyəcəyi ilə bağlı fikirlərə də toxunub. O qeyd edib ki, bu məsələlər ikinci dərəcəlidir:

"Biz təzminat tələb edəcəyik, qarşı tərəf dərhal bunu ödəyəcək ya ödəməyəcək - bunları qırağa qoymaq lazımdır. Hazırda dəyən ziyanı müəyyən etməli, beynəlxalq qiymətləndiricilər vasitəsilə bütün müstəvilərdə sənədləri ortaya qoymalıyıq - məhkəmələrdə, siyasi danışıqlarda, beynəlxalq görüşlərdə. Başqa məsələdir ki, prosedur nə qədər çəkəcək, Ermənistan vurduğu 1 trilyon dollarlıq ziyanı ödəmə qabiliyyətindədirmi və s. Digər tərəfdən Beynəlxalq Ədalət Məhkəməsində belə elə işlər var ki, 20 ildir davam edir".

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...