ABŞ Yunanıstanda hərbi baza yaradır?

ABŞ Yunanıstanda hərbi baza yaradır?
ABŞ yunan adasında hərbi baza qurmaq istəyi ilə bağlı açıqma verib. Mətbuatda bunun qalıcı olması ilə bağlı məlumatlar da  yayılmaqdadır.
Bu, Türkiyəyə qarşı təhdid sayıla bilərmi?
 
Mövzula bağlı Sfera.az-a açıqlama verən politoloq Zaur Məmmədov hesab edir ki, bu, daha çox ABŞ-ın Yaxın Şərqdəki hadisələr, Aralıq dənizinin cənubu və şərqi ilə bağlı məqsədlərinə xidmət edə bilər:

"ABŞ xristian həmrəyliyi nöqteyi-nəzərdən Türkiyə ilə münasibətdə daha çox Yunanıstana yaxınlığı ilə seçilir. Lakin ümumi götürdükdə hər iki ölkə ABŞ-ın regiondakı müttəfiqləridir. Onlar arasında düşmənçilik deyil, mülayim münasibətlərin olması rəsmi Vaşinqton üçün prioritet təşkil edir”.
 
Politoloq ABŞ-ın Türkiyəyı informasiya həmləsi etdiyini diqqətə çatdırıb:

"İndiki halda ABŞ dünyadakı hərbi bazalarının sayını azaltmaqdadır və mümkün qədər daha çox əsgərinin xarici ölkələrdə qulluq etməsində maraqlıdır. Əgər Yunanıstanla bağlı qərar verilərsə, bu, Avropanın hər hansı ölkəsində və yaxud yaxınlıqda yerləşən ölkələrdən birindən hərbi bazanın çıxarılması nəticəsində baş tuta bilər.
 
Elə Türkiyədəki İncirlik hərbi bazası ətrafında da son dərəcə maraqlı hadisələr baş verir. Ola bilsin, bilərəkdən bu istiqamətdə xəbərlər yayılaraq ABŞ tərəfindən bu və ya digər ölkələrə, o cümlədən Türkiyəyə informasiya həmləsi edilir".
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR