"Taliban" qızların təhsilə qayıtmasının şərtlərini açıqladı

Əfqanıstanda açılan orta məktəblərə yalnız oğlan şagirdlər və kişi müəllimlər geri qayıda bilsələr də, "Taliban” qruplaşmasının mətbuat katibi Zabiullah Mücahid qızların  təhlükəsiz mühit yaradıldıqdan sonra təhsilə geri dönə biləcəyini bildirib.

Sfera.az xəbər verir ki, 1996-2001-ci illərdə Əfqanıstanda hökumətdə olan, qızların təhsil almasını, qadınların işləməsini və tamamilə örtünmədən küçələrə çıxmasını qadağan edən "Taliban” qruplaşması yeni hökumətdə qızların orta təhsilinə icazə verilməməsi məsələsinə aydınlıq gətirib.

Zabiullah Mücahid qızların təhsil almasının əleyhinə olmadıqlarını, lakin onların təhsilə necə qatıla biləcəkləri mexanizmi üzərində işlədiklərini açıqlayıb.

Qızların tədris prosesinə qayıtmalarına icazə vermək üçün öncə təhlükəsiz mühit və nəqliyyat təmininin ilk şərtlərdən olduğunu bildirən "Taliban” sözçüsü şəriət alimlərinin bu istiqamətdə işlədiklərini qeyd edib.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR