Paşinyanın hərbi panteona səfəri etirazla qarşılandı

Paşinyanın hərbi panteona səfəri etirazla qarşılandı
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün ölkənin Müstəqillik Günü ilə əlaqədar olaraq "Yerablur” hərbi panteonuna səfər edib. Paşinyanla yanaşı, Ermənistan Prezidenti Armen Sarkisyan və digər vəzifəli şəxslər də panteona gedib.

Sfera.az erməni KİV-nə istinadla xəbər verir ki, Paşinyan panteona gəlməzdən əvvəl polis jurnalistlərin işinə mane olmağa başlayıb və onların məmurlara yaxınlaşmasına icazə verməyiblər. Bundan əvvəl isə jurnalistlər rahatlıqla öz fəaliyyətlərini icra ediblər.

Bildirilir ki, Nikol Paşinyan panteona gəldikdə isə polislərin bu davranışlarının səbəbi aydın olub. Belə ki, bir sıra vətəndaşlar, əsas olaraq da 44 günlük müharibədə ölən hərbçilərin yaxınları Paşinyanın panteona səfərinə öz etirazlarını bildirməyə başlayıblar. Onlar, həmçinin Baş nazirə qarşı tənqid xarakterli şüarlar da səsləndiriblər. Polis əməkdaşları isə öz növbəsində jurnalistlərə hadisəni lentə almağa icazə verməyiblər.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları müharibədə ölən bir hərbçinin atası Armen Qalstyanı "Yerablur” panteonunun ərazisindən uzaqlaşdırıblar. Buna səbəb isə Qalstyanın Paşinyanın səfərinə kəskin etiraz etməsi olub. Ölən hərbçinin atası bildirib ki, Nikol Paşinyanın panteonu ziyarət etməyə mənəvi haqqı yoxdur.
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...