İran dayanmır: İndi də bu yolla Ermənistana yük daşıyır - VİDEO

İran dayanmır: İndi də bu yolla Ermənistana yük daşıyır - VİDEO
İrandan gələn TIR-ların Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən hissəsindən yan keçməklə Ermənistana yük daşıdığını əks etdirən video yayılıb.

Sfera.az xəbər verir ki, erməni sosial şəbəkə istifadəçiləri dolambac və sərt döngələrdə İran yük maşınlarının ciddi problemlər və təhlükələrlə üzləşdiyi, buna baxmayaraq, sisternlər və böyük yük maşınları ilə daşımaları davam etdirdiyini qeyd ediblər.

Videodan da aydın görünür ki, İran yük maşınları ardarda düzülüb və Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən 21 kilometrlik hissəsindən yan keçərək, təhlükəli yola baş vuranlar sisternlərdən daha çox, fərqli yüklər daşıyan TIR-lardır. Bu isə ciddi suallar yaradır.
Gorus-Qafan yolundakı Azərbaycan postu İran yük maşınlarından tranzit haqqı alır və bu, o yüklər üçün o qədər də böyük məbləğ sayılmır. Maraqlıdır, necə olur ki, TIR-lar 100-150 dollara tranzit ödəməmək üçün ən təhlükəli yoldan istifadə edirlər? Nəzərə alsaq ki, həmin yoldan istifadə edən ağır yük maşınlarının amortizasiyasına tranzit pulundan daha çox vəsait xərclənməsi tələb olunur. Eyni zamanda, bu təhlükəli yolda artıq 3 İran TIR-ı qəzaya uğrayıb və ölüm baş verib.

İran TIR sürücülərinin qəzanı, nəqliyyatın hərəkətində ciddi maneəni nəzərə almaması və daha artıq amortizasiya xərcləri çəkməsi, "ölümü göz altına alma”sının 100 dollar tranzit haqqına görə olduğunu düşünmək isə mübahisəlidir. Burda yalnız iki ehtimal ola bilər: ya İran öz yük maşınlarına Azərbaycana xeyir verməmək üçün bu təhlükəli yoldan istifadəni qəti şəkildə tapşırıb, ya da İran TIR-larından bəzilərinin bu yolu seçməsinin səbəbi daşıdıqları yükün gizli qalmasını təmin etmək üçündür.

Maraqlıdır, İran TIR-ları Ermənistana nə daşıyır? Niyə TIR-larla yüklərin daşınması kəskin artıb?
 
Axar.az
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...