Erməni deputat: “Gorus-Qafan yolunda baş verənlər gizli sövdələşmənin nəticəsidir”

Erməni deputat: “Gorus-Qafan yolunda baş verənlər gizli sövdələşmənin nəticəsidir”
"Son günlərdə Gorus-Qafan yolunda baş verən biabırçılıq gizli bir sövdələşmənin nəticəsidir”.

Sfera.az xəbər verir ki, bunu "Facebook” səhifəsində Ermənistan parlamentinin "Hayastan” blokundan olan deputatı Artur Qazinyan yazıb.

Qazinyan yazıb ki, təhvil vermə İlham Əliyevlə əldə edilən şifahi anlaşma nəticəsində baş verib.
 
Ermənistan Silahlı Qüvvələrinin yerləşdirilməsi üçün isə "sovet Ermənistanı”nın sərhədləri başlanğıc nöqtəsi kimi qəbul olunub.

"Təcili istintaq olmalıdır, ekvivalent qiymətləndirilmə aparılmalıdır. Rusiya Federasiyası 10 noyabr bəyanatının həyata keçirilməsinin qarantı olub və belə də qalır, buna görə də Nikol Paşinyanın "hərbi eskalasiyadan qaçmaq” haqqında iddiası yalandır, hərbi eskalasiya təhlükəsi olmayıb və ola bilməzdi”, - deyə o qeyd edib. 
 
(Bizim.media)

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...