Kreml Ərdoğanın Rusiyaya səfərinə aydınlıq gətirdi

16:35 / 20.09.2021
847
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlar aparmaq üçün Rusiyaya səfərinin hazırlıqları aparılır”.
Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Həqiqətən də Ərdoğanın Rusiya Federasiyasına rəsmi səfəri hazırlanır”, - deyə Dmitri Peskov vurğulayıb.
Onun sözlərinə görə, tərəflər görüş zamanı Suriya və digər regional münaqişələr ilə yanaşı, bir sıra məsələ ətrafında fikir mübadiləsi aparacaqlar.