“Kağızı veriblər əlinə, bu da hıqqına-hıqqına...” – Politoloqdan Həsən Amiliyə tarix dərsi

“Kağızı veriblər əlinə, bu da hıqqına-hıqqına...” – Politoloqdan Həsən Amiliyə tarix dərsi
"Həsən Amili İran İslam Respublikası adlanan ölkənin ali dini rəhbərinin Ərdəbil ostanındakı nümayəndəsidir. Fars-molla rejimi Azərbaycan Respublikasına yönəlik sərsəmləmələrini adətən onun dilindən səsləndirir. Bir qayda olaraq, xütbələrində "cəh-cəh” vuran Amili Azərbaycanı və azərbaycanlıları hədəfə alanda rejim tərəfindən əlinə verilən kağızdan höccələyir. İndi yenə bir kağız parçasını veriblər əlinə, o da dili dolaşa-dolaşa, hıqqına-hıqqına bir-iki cümləlik söz yığınını havaya üfürüb və öz qurşaqdan aşağı düşüncəsinə görə, fars-molla rejiminin bəsit "tapıntı”sını bərkdən höccələməklə  böyük "qəhrəmanlıq” nümayiş etdirib”.

Sfera.az xəbər verir ki bu sözləri politoloq Elçin Mirzəbəyli İranın dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amilinin Azərbaycanı təhdid edərək "şirin quyruğu ilə oynamayın" deməsi haqda danışarkən deyib.

E.Mirzəbəyli bildirib ki, İrandakı rejim Həsən Amilinin vasitəsi ilə bizə tövsiyyə edir ki, "şirin quyrğu ilə oynamayaq”, lakin unutduqları bir məqam var ki, İran İslam Respublikası 1980-ci ildən "şiri-xurşid”dən imtina edib və sözügedən ölkənin gerbi Allah kəlməsidir:

"İranın bu rəmz altında həyata keçirdiyi siyasətin yaradanın buyurduqları ilə yaxından-uzağa heç bir əlaqəsi yoxdur. Həsən Amilini danışdıranlar "şirin quyruğu” ilə bağlı tövsiyyə verəndə, görünür bu heyvanlar şahının dövlət rəmzində əks olunmasının Azərbaycan türkləri ilə bağlı olduğunu unudublar.
 
Şir rəmzindən ilk dəfə indi İran İslam Respublikası adlanan ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin də daxil olduğu Qaraqoyunlu dövlətinin gerbində istifadə olunub. Ümid edirəm, Qaraqoyunluların türk dövləti olduğunu İran adlanan ölkənin başbilənləri yaxşı bilirlər. Pəhləvilərin hakimiyyəti qəsb etdiyi vaxta qədər indiki İranın da daxil olduğu nəhəng bir ərazidə qurulan imperiyaların da, həmçinin Azərbaycan türklərinə məxsus olduğunu düşünürəm ki, qəbul edə bilməsələr də, bunun tarixi həqiqət olduğunu anlayırlar.
 
Şir əksinin olduğu dövlət rəmzi daha sonralar yenə də Azərbaycan türklərinin qurduğu Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar dövlətlərinin gerbi olub. Uzun illər boyu türk hökmdarlarının saraylarına şirlərin əzalarını sığallamaqla yol tapan və türk sülalələri arasına nifaq toxumu səpməklə hakimiyyəti qəsb edənlər - Pəhləvilər də Azərbaycan türk dövlətçiliyinin rəmzinə kiçik və olduqca uğursuz əlavələr etməklə keçiniblər və bununla da türklərin dövlətçilik tarixinə də sahibləmək niyyəti güdüblər. Bu səbəbdən, Amili də, onu höccələtdirən rejim qulbeçələri də anlamalıdırlar ki, biz öz yaratdığımızın quyruğu ilə oynamırıq”.
 
Politoloq qeyd edib ki, Həsən Amili və onun konspekt ötürənlərinə Azərbaycan tarixi ilə bağlı bir sıra məqamların xatırladılmasına ehtiyac var:
"Məsələn, şir rəsminin Azərbaycan dövlətçiliyinin ayrılmaz hissələri olan Azərbaycan xanlıqlarının, o cümlədən İrəvan xanlığının dövlət rəmzi olduğunu İran adlanan ölkənin erməni yanlıları bilməmiş deyillər. İndi həmin İrəvan xanlığının ərazisində İran İslam Respublikası adlanan dövlətin fars-molla rejiminin quyruq buladığı Ermənistan adlı ölkə yerləşir. İrəvan qalası da daxil olmaqla, tarixi Azərbaycan torpaqlarında mövcud olan bütün izləri, o cümlədən "Günəş və Aslan”ın izlərini də siliblər. Məscidləri yerlə bir ediblər. Həmçinin işğaldan azad etdiyimiz ərazilərdə də tarixi, mədəni və dini abidələri uçurublar, müqəddəs məkanlarımızda donuz saxlayıblar.
 
Amilinin təmsil etdiyi rejim isə bütün bu illər boyu müsəlmanların qürurunu aşağılayanları, onlara zülm edənləri dəstəkləyib, işğalı davam etdirmələrinə yardım edib və quyruq bulayıb. Bu rəzalət hələ də davam etməkdədir.
 
"Şirin quyruğu ilə oynamağa” gəldikdə isə, əslində bu da problem deyil. Necə olsa öz şirimizdir, başına sığal da çəkərik, quyruğu ilə də oynayarıq".
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...