“İrandan ehtiyat edənlər unudur ki...” – Abdullah Ağar

“İrandan ehtiyat edənlər unudur ki...” – Abdullah Ağar
"İranın Azərbaycanla sərhəddə hərbi təlimlərə start verməsi bu ölkənin bir müddət öncə Azərbaycan, Türkiyə və Pakistan Respublikalarının iştirakı ilə Bakıda keçirilən "Üç qardaş - 2021” beynəlxalq təlimindən narahat olduğunu göstərir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar İranın Azərbaycan ilə sərhəddə, Culfa-Aslandüz-Muğan istiqamətində hərbi təlimlərə start verməsini şərh edərkən deyib.

Onun sözlərinə İranın İkinci Qarabağ müharibəsi zamanı atdığı addımlar həm Azərbaycanda, həm də Türkiyədə diqqətlə izlənilirdi:

"Təəssüf ki, müharibə günlərində rəsmi Tehran Ermənistana kifayət qədər yardım etdi. Bütün bunlara baxmayaraq, müharibədən sonra rəsmi Bakı Ankara ilə birlikdə regionda 6 region ölkəsinin iştirakı ilə qurulacaq bir platformanın anonsunu verdilər. Ancaq nədənsə İran bu məsələyə fokslanmaq yerinə Türkiyə və Azərbaycandan özünə qarşı təhdid gözləyir.
 
Bu gün İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir. Hər halda hər bir ölkə öz ərazisində vaxtaşırı bu kimi təlimlər keçirir və keçirə bilər. Buna heç bir ölkə irad bildirə bilməz. Misal üçün, 44 günlük müharibədən sonra Azərbaycan işğaldan azad edilən Laçında Türkiyə ilə birlikdə hərbi təlimlər keçirdi.
 
Bundan başqa, Bakıda keçirilən "Üç qardaş - 2021” beynəlxalq təlimi, Xəzər dənizində keçirilən Türkiyə-Azərbaycan təlimi də rəsmi Bakının öz torpaqlarında keçirdiyi hərbi təlimlərdir".
 
"Azərbaycan və Türkiyə başqa ölkələrin öz ərazilərində keçirdiyi hərbi təlimlərdən narahat deyil. Lakin görünür, İran keçirilən hərbi təlimlərdən olduqca narahatdır. Xüsusilə də Azərbaycan, Türkiyə və Pakistan Respublikalarının iştirakı ilə Bakıda keçirilən "Üç qardaş - 2021” beynəlxalq təlimindən. Pakistan, Türkiyə, Azərbaycan İranın 3 sərhəd qonşusudur. Görünür, rəsmi Tehran belə bir təlimi özünə hesablanmış zənn edir. Lakin bunlar boş və əsassız düşüncələrdir. Çünki nə Azərbaycanın, nə Türkiyənin, nə də Pakistanın İrana qarşı heç bir mənfi düşüncəsi yoxdur. Hər halda belə bir düşüncəsi olan ölkələr dəfələrlə İranın da daxil olacağı 6-lıq regional platformadan bəhs etməzdi. Yaxşı olardı ki, İran da bu düşüncələrə fokuslanıb əsassız iddialarla gərginliyi artırmasın” – deyə o bildirib.

Ağar qeyd edib ki, rəsmi Tehran bu gün regionda şiə ideologiyası hesabına genişlənməyi planlayır:

"Bu gün biz İranın Suriyada, Yəməndə, İraqda nələr etdiyini görürük. İranın şiə ideologiyası fonunda genişlənmək prioriteti var. Biz bir müsəlman ölkəsi olaraq İranın bu gün və gələcəkdə bizimlə birlikdə regionda əməkdaşlıq etməsini arzulayırıq. Lakin görünür, İran bizimlə eyni düşüncədə deyil”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...