Matçı sərxoş idarə edən baş hakim buz üstünə yıxıldı - Ömürlük cəzalandırıldı

Matçı sərxoş idarə edən baş hakim buz üstünə yıxıldı - Ömürlük cəzalandırıldı
Moskva Xokkey Federasiyası "Spartak-Sporttex" və "Xarlamov Akademiyası" arasındakı matçı sərxoş halda idarə edən baş hakim Yemelyan Mayorovu cəzalandırıb.

Sfera.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, referi ömürlük diskvalifikasiya edilib. Qərar İdman-İntizam Komitəsinin iclasında qəbul edilib.

Qeyd edək ki, sentyabrın 19-da internetdə Mayorovun qeyri-müəyyən şəkildə buz üstündə bir neçə dəfə yıxıldığı video yayılıb. Bundan sonra baş hakimin meydana sərxoş halda çıxdığı bəlli olub.
 

OXŞAR XƏBƏRLƏR