Vladimir Putinin sağlıq durumu açıqlandı

Siyasət
14:25 / 20.09.2021
688
"Rusiya Prezidenti Vladimir Putin özünü yaxşı hiss edir”.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
"O, özünü yaxşı hiss edir, işləyir. Bu həftə tədbirlər əsasən videoformatda davam edəcək”, - o deyib.
Qeyd edək ki, V.Putin koronavirusa görə özünütəcrid rejiminə keçib.