“İran hərbi təlimləri Kürdüstan əyalətində niyə keçirmir?” – Tehran Bakıya güc nümayiş etdirir

“İran hərbi təlimləri Kürdüstan əyalətində niyə keçirmir?” – Tehran Bakıya güc nümayiş etdirir
"İranın Azərbaycanla sərhəddə hərbi təlim keçirməsi o qədər də xoş deyil, əhəmiyyətsiz tədbirdir. Mövcud vəziyyətdə Tehran belə təlimləri özünün Kürdüstan əyalətində keçirməli idi. Hansı ki, bu istiqamətdən İrana PKK terrorçuları gəlir. Niyə İran əsası olsa da onlara öz gücünü göstərmir?”
 
Bunu Sfera.az-a açıqlamasında "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə münasibət bildirərkən deyib:
 
Ekspertin fikrincə, bu hərbi təlimlə Tehran müəyyən mənada Türkiyə və Azərbaycana özünü göstərmək niyyətinə düşüb:
 
"Azərbaycan və Türkiyə Şuşa bəyannaməsi çərçivəsində müxtəlif tədbirlər, o cümlədən hərbi təlimlər keçirir. Belə təlimləri Azərbaycanın Hərbi-Dəniz Qüvvələri Xəzər dənizində də keçirib. İrəvanın apardığı pozuculuq fəaliyyəti səbəbindən Cənubi Qafqazda vəziyyət hələ də gərgin olaraq qalır. Digər tərəfdən, Qarabağda yerləşdirilən Rusiya sülhməramlıları ermənilərin pozuculuq fəaliyyətinin qarşısını almır. Bütün bu hadisələr İranla sərhəddə baş verir, ona görə də Tehranı narahat edir. Bu səbəbdən də Tehran Azərbaycanın azad edilmiş ərazilərinə yaxın məkanda, Cənubi Azərbaycanın Qaradağ mahalında hərbi təlimlərə başlayıb”.

Həmsöhbətimiz bildirir ki, Tehranın böyük vəsait xərcləyərək Azərbaycana güc göstərməsinə ehtiyac yoxdur:
 
"Bakı Tehrana əməkdaşlıq və faydalı qonşuluq təklif edib və onun keçirdiyi hərbi təlimlər İrana qarşı yönəlməyib. İranı Azərbaycan tərəfdən heç bir təhdid gözləmir. Azərbaycanın döyüş taktikasında şərti düşmən heç zaman İran əsgəri olmayıb. Azərbaycanın keçirdiyi hərbi təlimlər nə İrana, nə də hər hansı digər üçüncü dövlətə qarşı yönəlməyib. Azərbaycan ərazisi işğaldan tam azad edilmədiyindən, burada müxtəlif xarici maraqlar toqquşduğundan, ordumuz öz hərbi qüdrətini artırmağa borcludur”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...