“Gərək Paşinyan İlham Əliyevə müraciət edəydi...” – İrakli Qaribaşvili onu Ərdoğanla barışdıra biləcəkmi?

“Gərək Paşinyan İlham Əliyevə müraciət edəydi...” – İrakli Qaribaşvili onu Ərdoğanla barışdıra biləcəkmi?
"Nikol Paşinyan hələ də anlamır ki, nəinki İrakli Qaribaşvili, dünyanın heç bir lideri Ermənistanla Türkiyə arasındakı əlaqələri bərpa etmək üçün vasitəçi ola bilməz. Paşinyan bu məqsədlə Gürcüstan Baş naziri və ya başqa bir dövlət rəsmisinə müraciət etməkdənsə, Azərbaycan Prezidentinə çağırış etsəydi daha ağıllı davranış sərgiləmiş olardı”.

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə müraciət etməsini şərh edərkən deyib.
 
O, bildirib ki, Ərdoğan Paşinyanın onunla nə üçün görüşmək istədiyini yaxşı bilir:

"Məsələ ondadır ki, bu gün Ermənistan rəsmiləri israrla tələb edirlər ki, Türkiyə Ermənistanla münasibətləri bərpa etməli, iki ölkə arasında illərdir, bağlı qalan dövlət sərhədləri açılmalıdır. Erməni tərəfi bu iddialarını onunla əsaslandırır ki, Türkiyə Qarabağın işğalını əsas gətirərək sərhədləri açmırdı, bu gün isə Qarabağ onlarda deyil. Deməli, Türkiyənin Ermənistanla sərhədləri açıb münasibətləri bərpa etməsində heç bir maneə yoxdur”.
 
Qabil Hüseynli İrəvanın anlamadığı ya da anlamaq istəmədiyi reallıqdan da söz açıb:
 
"Türkyə üçün yeni reallıq fərqli davranması üçün yetərli deyil. Yəni Qarabağın işğaldan azad edilməsi Ermənistanla münasibətləri bərpa edib, sərhədləri açmaq üçün kifayət deyil.
 
Birincisi, Ermənistan Qarabağı öz xoşu ilə Azərbaycana qaytarmayıb. Rəsmi Bakı bunu müharibə yolu ilə reallaşdırıb.
 
İkincisi, müharibə bitsə də Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi imzalanmayıb. Bu da faktiki olaraq müharibənin davam etdiyini göstərir.

Üçüncüsü, Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımır. Bu isə hazırda Türkiyənin Ermənistandan başlıca tələbidir.

Dördüncüsü, Ermənistan konstitutsiyasında Türkiyənin şərqi Ermənistanın "qədim” qərb torpaqları olaraq göstərilir. Bu da azmış kimi, İrəvan şəhərinin loqosunda Ağrı dağı təsviri var”.

Q.Hüseynlinin sözlərinə görə, Ermənistan tərəfi maksimalist mövqeyindən əl çəkmədikcə, Türkiyə və Azərbaycana əsassız ərazi iddialı ilə çıxış etməkdə davam etdikcə, rəsmi Ankara da İrəvanla dövlət sərhədlrini açıb münasibətləri normallaşdırmaycaq:

"Ermənistan ilk növbbədə Azərbaycanla mövcud müharibəni bitirməyə fokuslanmalıdır. Bunun üçün də ilk öncə Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərini rəsmən tanımalıdır. Daha sonra isə konstitutsiyasında qeyd olunan Türkiyəyə ərazi iddiaları dəyişdirilməlidir. Bütün bunlar baş verməlidir ki, rəsmi Ankara da İrəvanala dialoqa başlaya bilsin. Bu həm Türkiyənin, həm də Azərbaycanın ortaq yanaşmasıdır”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...