Xalq artistindən ETİRAF: “Buna görə gözlərim tez-tez dolur”

Xalq artistindən ETİRAF: “Buna görə gözlərim tez-tez dolur”
Xalq artisti Məleykə Əsədova yay fəslinin bitməsinə təəssüfləndiyini deyib.
 
Sfera.az bildirir ki, bu barədə aktrisa sosial şəbəkə hesabında qeyd edib. O, yaz və yay fəsillərini sevdiyini vurğulayıb.

"Səhranı, yarpaqların saralmağını, göy üzünün qaranlıq notlarla köklənməsini sevmirəm. Qəlbimə sıxıntı gəlir, gözlərim tez-tez dolur, daha çox duyğulara qərq oluram. Fəsillər dəyişdikcə ömrümüzdən bir yarpaq düşür. Amma neyləmək olar, Allahın yaratdığı hər bir fəslin öz gözəlliyi və özəlliyi var”, - deyə Əsədova əlavə edib.

Türkan


OXŞAR XƏBƏRLƏR