İran “Azərbaycan legionu”na Bakıya hücum əmri verdi – Təxribatlar ara vermir

İran “Azərbaycan legionu”na Bakıya hücum əmri verdi – Təxribatlar ara vermir
"Keçmiş Azərbaycan vətəndaşları, müharibədən öncəyə qədər Azərbaycanın inanclı auditoriyası üzərində mollaların təbliğatını aparan "nur-az” səhifəsinin idarəçiləri olan "Hüseyniyyun” qruplaşması yenidən aktivləşib”.

Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

"İkinci Qarabağ müharibəsində İran Azərbaycana qarşı hücuma ara verən kimi bu qruplaşma və onların təbliğatı da yoxa çıxdı, hərçənd Tovuz döyüşləri ilə Vətən müharibəsi arasındakı dövrdə Türkiyənin Azərbaycana dəstəyini Şah İsmayıl-Sultan Səlim müstəvisində təqdim edir, "Türkiyə Azərbaycanı işğal edəcək” iddialarını tirajlayırdılar.

Müharibə və sonrakı dövrdə Azərbaycana "fətva”, Ermənistana real dəstək verən İran Bakının praktiki reaksiyası ilə üzləşən kimi "dişini qıcadı”. Hərbi təlimlər keçirir, bəyanatlar verir, hərçənd Tehranın Bakıya qarşı ən "təsirli” rıçağı dini müstəvidə təbliğatıdır.

Xamneinin  nümayəndəsi, Ərdəbil imam cüməsi Seyid Həsən Amilinin "quyruqlu şir” açıqlamasından sonra bu Vətən xainləri (başqa açıqlaması yoxdur) də hərəkətə keçdi. Onlar yenidən Türkiyənin Azərbaycanda mövcudluğuna dil uzadır, İranın Xankəndinə yük daşımasını, separatçılara dəstəyinə haqq qazandırır.
Bu prosesin başlanğıcıdır və daha şiddətli formada davam edəcək: İranın dini müstəvidə Azərbaycana müdaxilə "rıçaqlar”ı xeyli zəiflədilsə də, hələ də qalır və qarşıdakı dövrdə bu "rıçaqlar” yenidən aktivləşdiriləcək”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...