"KARGU-2 dronları ilə Qarabağdakı qanunsuz silahlı dəstələr təmizlənə bilər" - Deputat

"Paşinyan Türkiyə prezidenti Ərdoğanla görüşmək istəyir və bunun üçün Gürcüstan rəhbərliyini elçi salıb. Bu isə o deməkdir ki, həmin görüşdə maraqlı olan daha bir tərəf var - ABŞ”.
 
Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib. Onun sözlərinə görə,  Türkiyə prezidentinin Amerikaya səfəri öncəsi belə bir açıqlama verməsi, bu məsələnin oradakı danışıqlarda da gündəmdə olacağı ehtimalını yaradır:

"Ərdoğan Paşinyanla görüşə o halda razılıq verəcəyini bildirdi ki, Ermənistan müsbət addımlar atsın. Rəsmi İrəvan onun özünə hamıdan çox lazım olan o müsbət addımları atacaqmı? Atmaq istəsə, asılı olduğu güc ona imkan verəcəkmi, 1999-cu ilin oktyabrında baş verənlər təkrarlanmayacaq ki? Bunu gələcək göstərəcək. 

Amma bir şey bəri başdan aydındır. Qarabağda qanunsuz silahlı dəstə qalmayacaq. Onlar ya özləri oradan  rədd olub gedəcəklər,  ya Rusiya hərbçilərinin üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmələri nəticəsində buxarlanacaqlar, ya da bunu Azərbaycan edəcək. Əgər qardaş Türkiyənin bu yaz Liviyada uğurla sınaqdan çıxardığı cəmi 8 kq çəkisi olan KARGU-2 dronlarından faydalanmaqla bu edilərsə, o zaman bəlli çevrələr dinc adamlar qırılır deyə, haray-həşir salıb əks tədbirlər də görə bilməyəcəklər”.

Millət vəkili qeyd edib ki, sözügedən dronlarla mübarizə Bayraktarla olduğundan da çətindir:

"Beləliklə, Qarabağdakı qanunsuz silahlı dəstələrinin bütün rəhbər heyətinin səs və görüntü kartotekasını yaddaşına yükləməklə  cəmi bir metrliklərindəkilərə belə xətər yetirmədən KARGU-2 onları məhv etmək qüdrətindədir. Qeyd etdiyim kimi artıq Liviyada bu sınaqdan keçirilib və dünya hərb tarixində ilk dəfə Türkiyə dronu avtonom olaraq özü hədəfi axtarıb tapıb, özü də məhv edib. Gözləsinlər, bir gün qəflətən gələcəklər”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...