"Türkiyə heç kimin qapısının qulu deyil" - Ərdoğandan SƏRT TƏPKİ

"Türkiyədə hazırda 4,5 milyon miqrant var. Bu məsələdə ən çox əziyyət çəkən ölkə də Türkiyədir".

Sfera.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin açıqlamasına münasibət bildirərkən deyib.

Dövlət başçısı bildirib ki, Türkiyə miqrantlar məsələsində lazım olan addımların atılmasını gözləyir:

"Miçotakisin ABŞ-da görüş istəyini qarşılayacağıq. Təəssüf ki, verdiyi bu açıqlamada arzuolunmaz ifadələr var. Bununla bağlı Xarici İşlər Nazirliyimiz lazımi izahat verib. Bu işdə nə qədər səmimi olduqlarını və müqavimət göstərəcəklərini görəcəyik. Türkiyə heç kimin qapısının qulu deyil. Qarşımızda vicdanla atılacaq addımları görməliyik".

Əfqanıstana humanitar yardımla bağlı sualı cavablandıran R.T.Ərdoğan vurğulayıb ki, insani yardımlarda Türkiyənin heç bir tərəddüdü yoxdur.

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...