Qaraçuxurlu: "Ata olmağıma az qalıb" FOTOLAR

Qaraçuxurlu:

 

"Ata olmağıma az qalıb. Qız və ya oğlan fərqi yoxdur. Əsas odur ki, Allah sağlam övlad nəsib etsin”.

Bu sözləri açıqlamasında meyxanaçı Namiq Qaraçuxurlu deyib. 

Sənətçi ailə həyatından danışıb: "Çox şükür, ailə həyatı gözəl gedir. Allah bütün subaylara qismət etsin”.

N.Qaraçuxurlu yay istirahətinə hazırlaşdığını bildirib: "İşlərimlə bağlı xaricə getmişdim. Hələ istirahətə başlamamışam. Avropaya getmək istəyirəm. Bu il Türkiyədə dincəlməyi düşünmürəm. Qeyri-adi bir yer istəyirəm”.

Meyxanaçı yeni mahnılarından danışıb: "Üç-dörd mahnı yazmışam, hansını oxuyum, bilmirəm. Həm də hazırda mahnı təqdim etmək zamanı deyil. İnsanlar istirahətdədir. Bir də zövqlü insanlarla məsləhətləşməliyəm. Hansı bəstəni bəyənən çox olsa, onu aranjimana verəcəm”.

axşam.az


OXŞAR XƏBƏRLƏR