20 il sənətdə - Tünzalə Ağayeva

Maqazin
18:18 / 18.09.2021
1680
"Olduqca faydalı, sənət dolu, şərəf, sevinc, uğur dolu, ən əsası tamaşaçımın bir an belə azalmayan sevgisi ilə dolu 20 il".
Sfera.az xəbər verir ki, bunu xalq artisti Tünzalə Ağayeva sosial şəbəkə hesabında qeyd edib.
"Musiqi səhnəsində 20 ilimi geridə qoyuram artıq. Sanki dünən idi "Sevdi can səni" , "Gözlərim" və daha neçə nəğmələrim. Olduqca faydalı, sənət dolu, şərəf , sevinc, uğur dolu, ən əsası tamaşaçımın bir an belə azalmayan sevgisi ilə dolu 20 il. Azərbaycan musiqisinin, ədəbiyyatının aşiqiyəm - məni bu sənətə gətirən 2 böyük qüvvə və səbəb. Özümə bundan sonra da ən azı bu eşqin davamını, güc, sənət ideyaları arzulayıram və müasirlik , ənənə axtarışında olan gənclərin sənətimlə, verdiyim töhvələrlə dünyagörüşünü, zövqünü daha da zəngin və faydalı etməyi arzulayıram".