Rusiya nə üçün "Taliban"a yaxınlaşır? - "İki istiqamət üzrə onlardan istifadə olunacaq"

Rusiya nə üçün
Rusiya artıq "Taliban turu" adlı turist səfərləri təklif edib. Belə ki, turistlər üçün Əfqanıstana 10 günlük səyahət imkanı yaradılır. Bundan başqa siyasi arenada da Rusiyanın qarşıdakı zaman ərzində "Taliban'la yaxın əlaqələrinin qurulma ehtimalı açıq sezilməkdədir.

Maraqlıdır, Rusiya-Taliban yaxınlaşması nəyə istiqamətlənib? Rusiya açıq yaxud gizlin şəkildə bu yaxınlaşmadan ABŞ əleyhinə istifadə edə bilərmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə Rusiyanın bir müddət "Taliban"dan müsbət reaksiya almaq istədiyini bildirib:
 
"Əfqanıstanda "Taliban"ın hakimiyyətə gəlməsi ilə Rusiyanın narahatlığını sezmək olurdu. Rusiya Mərkəzi Asiyada "Taliban"ın arta biləcək mövqeyindən ciddi şəkildə ehtiyat edirdi. Buna görə də Rusiya gözləmə mövqeyində olub, "Taliban"dan müsbət reaksiya almaq istəyib. Göründüyü kimi "Taliban"ın Rusiya, Çin və digər  ölkələrlə əməkdaşlığa üstünlük verəcəyini qeyd etməsi artıq Moskvanı hərəkətə gətirib. Putin Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında "Taliban"la əlaqələrin qurulmasının vacibliyini qeyd etdi. Düşünürəm ki, Rusiya çalışacaq ki, "Taliban"la əlaqələr normallaşsın. "Taliban" üzvləri əvvəldən Moskvaya gedib-gəlirdi. Bundan sonra da "Taliban" və Rusiya arasında iqtisadi əlaqələrin qurulmasını istisna etmirəm.

Politoloq rəsmi Moskvanın "Taliban"ı Qərb və ABŞ əleyhinə istifadə edə biləcəyini deyib:

"Təbii ki, Rusiya çalışacaq ki, "Taliban"ın Mərkəzi Asiyaya olan aqressiyasının qarşısını alsın, onları Qərbə qarşı yönləndirsin. "Taliban" da Rusiya ilə əməkdaşlıqda maraqlıdır və olsa bilsin ki, bununla da legitimliyini tanıtmaq istəyir. Ola bilər ki, müəyyən taktiki zamanda Rusiya "Taliban"ı ABŞ-ın əleyhinə formalaşdıra bilsin".

Əzizə Zeynal
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...