Partiya sədrindən ilginc İDDİA: "Vaksinlər 3 qulaqlı, 5 gözlü məxluqların doğulmasına səbəb olacaq"

Partiya sədrindən ilginc İDDİA:
Peyvənd əleyhinə açıqlamaları ilə tez-tez gündəmə gələn Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakanın yeni açıqlaması müzakirə obyekti olub.

Sfera.az bildirir ki, partiya rəhbəri bu dəfə vaksinlərin əks təsirindən söz açaraq qeyri-adi iddialar irəli sürüb. Belə ki, Ərbakan mRNA texnologiyasına əsaslanan peyvəndləri vurduranların yarı insan, yarı meymun uşaqlar dünyaya gətirə biləcəyini deyib: "Bu vaksinlər 3 qulaqlı, 5 gözlü məxluqların doğulmasına səbəb ola bilər”.

Vaksin vurdurmadığını və vurdurmaq fikri olmadığını deyən F.Erbakan Kayseridəki mətbuat konfransında yerli peyvənddən də söz açıb. O, son çarə olaraq TURKOVAC-a üstünlük verə biləcəyini qeyd edib.

"Əslində vaksin vurdurmağa ehtiyac olmadığını düşünürəm. Mənə görə, ümumiyyətlə, peyvənd vurdurmamaq yaxşıdır və bu, mənim şəxsi seçimimdir. Amma məcbur qalsam, təbii ki, dövlətin qaydalarına qarşı gələ bilmərəm.  Ona görə də vaksinlər arasında TURKOVAC-ın daha uyğun olduğunu fikirləşirəm”, - deyə siyasətçi əlavə edib.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...