Rusiya Ukrayna ərazisində seçki keçirir: İki ilk yaşanır

Rusiya Ukrayna ərazisində seçki keçirir: İki ilk yaşanır
Rusiyada bu gündən başlayaraq 3 gün ərzində parlamentə - Dövlət Dumasına seçkilərə start verilib. 450 yerlik parlamentə seçkilər qarışıq – majoritar və proporsional (partiya siyahılarıyla keçirilir) əsasda keçirilir. Seçkidə 14 partiya iştirak edir. Həsbxanada olan Aleksey Navalnının simasında sistemdənkənar müxalifət seçkidə iştirak etmir. 
 
Sfera.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, bu seçkidə iki ilk yaşanır:

"Birincisi, seçki onlayn əsasda keçirilir, yəni seçki məntəqəsinə getmək istəməyən Rusiya vətəndaşı internet vasitəsilə də səsini verə bilər. 
İkincisi, Rusiyada parlament seçkisində Ukraynanın tərkib hissəsi olan Donbas sakinləri də iştirak edirlər. 

Məsələ burasındadır ki, Moskva Donbas sakinlərinə Rusiya pasportları paylayıb və onlar bu pasportlarla Dövlət Dumasına seçkilərdə namizədlərə səs verirlər. Donbasda seçki məntəqələri yaradılmasa da, sakinlər onlayn səsvermədə iştrak edə bilərlər. Rusiya Krımı 2014-cü ildə ilhaqından sonra yarımada sakinləri Rusiyanın 4-cü seçkisində iştirak edirlər. Krım sakinləri bundan əvvəl bir dəfə 2016-cı ildə  Rusiya parlament seçkisində, 2018-ci ildə prezident seçkisində iştirak ediblər, 2020-ci ildə Rusiya Konstitusiyasına dəyişikliklərə səs veriblər”. 

Politoloqun sözlərinə görə, Ukrayna parlamenti – Ali Rada sentyabrın 8-də Krım və Donbasda keçiriləcək seçkilərə artıq etirazını bildirib:
"Ukraynalı deputatlar BMT, NATO, Avropa Parlamenti və dünya dövlətlərinin parlamentlərinə müraciət edərək Rusiyada keçirilən seçkilərin nəticələrini tanımamağa çağırıblar. Sentyabrın 15-də Avropa Parlamentinin Litva, Polşa və Estoniyadan olan deputatları bu məsələ ilə bağlı çıxışlar edib, etirazlarını bildiriblər. Avropa Parlamentinin xarici əlaqələr komitəsi Avropa İttifaqı Komisarlığına müraciət edərək Rusiyada parlament seçkilərinin nəticələrini tanımamağa çağırış edib. 

Rusiya beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyü prinsipinə yenə hörmətsizliyini ortaya qoyub. Kreml bir tərəfdən sözdə Donbas böhranının həlli məqsədilə Minsk formatının davamını tələb edir, digər tərəfdən əməldə Donbasda qanunsuz seçki keçirməklə faktiki bu bölgənin də Krım kimi işğalını rəsmiləşdirir. Rusiyanın Krım və Donbası əhatə edən seçkiləri legitim sayıla bilməz və Ukraynaya dost dövlətlər bu məsələdə prinsipial mövqelərini ortaya qoyacaq, müvafiq bəyanatlar yayacaqlar. Ukrayna keçmişdə Dağlıq Qarabağda separatçıların keçirdiyi "seçkiləri” tanımadığını və Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini bildirib. Kiyev eyni yanaşmanı Bakıdan gözləyir”.

Turan Rzayev
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...