“Aslan İsmayılovu ziyalı və ağsaqqal kimi qəbul edirəm” - Fuad Muradov

“Aslan İsmayılovu ziyalı və ağsaqqal kimi qəbul edirəm” - Fuad Muradov
"Əziz və Hörmətli ictimaiyyət nümayəndələri! Son bir neçə gündə mənim Aslan İsmayılovla bağlı problemlərim varmış kimi təqdim edən bəzi anti dövlət təbliğatçıları propaqanda aparır."

Sfera.az xəbər verir ki,  bunu "Milli Fədailər Hərəkatı”nın qurucusu Fuad Muradov "Facebook" hesabında yazıb:

"Əslində olan isə tamamilə fərqlidir. Aslan İsmayılov ilk növbədə yerlimdir, həmçinin ağsaqqal və ziyalı şəxsdir. Əvəllər Aslan İsmayılovla aramızda siyasi fikir ayrılığı olsa da hal-hazırda bu fikir ayrılığı yoxdur. İllər öncə Aslan İsmayılov barədə münaqişələrlə bağlı sosial şəbəkələrdə paylaşım etmişəm və mən Aslan İsmayılovla aramızda şəxsi zəmində olan mübahisəni sosial müstəviyə keçirmişdim. Aslan İsmayılovla aramızda olan mübahisəni həll etmişik və heç bir sıxıntı yoxdur. Aslan İsmayılovu ziyalı hüquqşünas və ağsaqqal kimi qəbul edirəm və onunla münasibətlərimiz normaldır. Aslan İsmayılov barəsində yazdığım xoşagəlməz ifadələrlə bağlı səhv olduğunu başa düşürəm. Aramızda heç bir kin və qərəzli münasibət qalmamışdır. Bütün məsələlərə qanun çərçivəsində aydınlıq gətirmişik. Qarşılıqlı olaraq bir-birimizə hörmətlə yanaşmışıq. Bundan sonra böyüklük Aslan İsmayılovda qalsın".

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...