Tramp Baydeni hədəf aldı: “Dünya bizə gülür...”

Tramp Baydeni hədəf aldı: “Dünya bizə gülür...”
ABŞ-ın keçmiş prezidenti Donald Trampın son açıqlaması diqqətləri yenidən üzərinə çəkməyi bacarıb.

Sfera.az bildirir ki, Tramp "Newsmax” telekanalına müsahibəsində yaxın 3 il ərzində ABŞ-ın sonunun gələcəyini söyləyib.

"ABŞ əvvəl olmadığı qədər öz relsindən çıxıb. 2022 və 2024-cü illərdə keçiriləcək seçkilərə gedəndə sahib olduğumuz bu ölkədən heç nə qalmayacaq”, - deyə Tramp bildirib.

O, həmçinin seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı sualı da cavablandırıb: "Bu mövzuda heç bir şərh verməyəcəm. Yaxın zamanlarda açıqlama verə bilərəm, ancaq qarışıq durumdur”.

Tramp çıxışı zamanı hazırkı prezident Co Baydeni də hədəf alıb. O, Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra baş verənlərə və Meksika sərhədindəki hadisələrə diqqət çəkərək söyləyib: "Bütün dünyada istehza mənbəyinə çevirilmişik”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR