Yaponiya da Çinə qarşı yaradılan koalisiyaya cəlb edildi? - Açıqlama

Yaponiya da Çinə qarşı yaradılan koalisiyaya cəlb edildi? - Açıqlama
Yaponiyada son 30 ilin ən böyük hərbi təliminə başlanılıb. Təlimlərdə ABŞ Ordusunun desant gəmisi də iştirak edəcək.

Təlimlərin ABŞ və müttəfiqlərinin Çinin bölgədə artan hərbi və iqtisadi təsirinə qarşı olduğu bir vaxtda təşkil olunması diqqətdən yayınmayıb.
Bundan başqa Çin və Yaponiya arasındakı mübahisəli Senkaku adalarının da müzakirə mövzusu olması, Çinin yeni iddia irəli sürə biləcəyi ehtimal olunmaqdadır.
 
Maraqlıdır, Yaponiyanın genişmiqyaslı hərbi təlimi nəyə istiqamətlənib? ABŞ-ın təlimlərdə iştirakı yeni koalisiyadan xəbər verə bilərmi?
 
Məsələ ətrafında Sfera.az-a danışan politoloq Qabil Hüseynli Honkonqa qədər su yollarının Çinin nəzarəti altına keçməsi ehtimalının olduğunu bildirib:

"ABŞ Çinin dünyada artan mövqeyinə qarşı mübarizə aparır. Yaponiya özü də Çinin Cənub-Şərqi Asiyada düzgün siyasət aparması ilə bağlı fikirlər səsləndirir. Yaponiya belə düşünür ki, Çinə qarşı tədbir görülməsə, Honkonqa qədər su yolları Çinin nəzarətinə keçə bilər. Son zamanlar çinlilər öz dənizlərinə yaxıb süni adalar yaradaraq , Çinin suverenliyin bu adalara da şamil olunduğunu bəyan edirlər. Tədricən sürünən təcavüzkarlıq siyasəti Yaponiya ilə bərabər Honkonq və Koreya tərəfindən hiddətlə qarşılanır".
 
Politoloq Çinə qarşı yaradılan koalisiyanın siyasi xətinin daha da kəskinləşdiyini qeyd edib:
 
"Çin dünyanın müxtəlif hissələrinə sərmayə yatırmaqla həmin ölkələri öz təsir dairəsi altına almaq istəyir. Bu təsir Yaponiyanın, Cənubi Koreyanın, Vyetnamı, Çinin iddia etdiyi Honkonqun da maraqlarına qarşı koalsiyasnın yaranmasına gətirib çıxarıb. Bu kolasiyasnın başında Yaponiya dayansa da ABŞ bura çox böyük dəstək verir. Zənnimcə, bölgədə dənizlər uğrunda mübarizənin yeni mərhələsi başlayıb. Bu mübarizədə Çinin atdığı addımlar hiddətlə qarşılanır və ona qarşı siyasi iradənin kəskinləşməsinə gətirib çıxarır". 
 
Əzizə Zeynal
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR