Dövlət Dumasına seçkilər Rusiyanı dəyişəcək? – Politoloqdan açıqlama

Dövlət Dumasına seçkilər Rusiyanı dəyişəcək? – Politoloqdan açıqlama
"Bu dəfə Dumada 4 deyil, 6-7 siyasi partiya təmsil olunacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında Dövlət Dumasına keçirilən seçkilərdən sonra Rusiyanın siyasi mənzərəsinin necə olacağına aydınlıq gətirərkən, politoloq Əlimusa İbrahimov deyib:
 
"Yeni parlamentdə yeni qüvvələrin təmsil olunma ehtimalı böyükdür. Hesab edirəm ki, növbəti parlamentdə 4 deyil, 6-7 siyasi təşkilat yer alacaq. Hakim partiya yenə də öz mövqeyini qoruyub saxlayacaq. Liberal-demokratların mövqeyi əvvəlkinə nisbətən zəifləyəcək. Belədə Dumada müəyyən qədər rəngarənglik yaranacaq. Amma ciddi müxalifətin Dumada təmsil olunacağına inanmıram. Çünki, Rusiyanın götürdüyü kurs bunu diktə edir”.
 
Həmsöhbətimiz düşünür ki, seçkilərədn sonra formalaşacaq Dumada xarici siyasət sahəsində fəaliyyət göstərən, ölkənin qarşılaşdığı problemlərin həllində öz sözünü deyə biləcək şəxslər daha çox olacaq:
 
"Bu seçkilər Rusiya üçün çox gərgin dövrə təsadüf edir. ABŞ, Avropa Birliyi hər tərəfdən Rusiyanın üzərinə gəlir. Qərb Rusiyaya sanksiyalar tətbiq etməklə onu sıxmağa çalışır. Belə bir vəziyyətdə Rusiya parlament seçkilərinə gedir. Bu günə qədər xarici siyasətin əsas yükü prezident Vladimir Putinin üzərinə düşürdü. Ancaq indi hiss olunur ki, Putin bu yükü artıq digərlərilə bölüşmək istəyir”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...