Belçikada öldürülən seks işçisinin adı küçəyə veriləcək - FOTO

Belçikada öldürülən seks işçisinin adı küçəyə veriləcək - FOTO
Belçikanın paytaxtı Brüsseldə küçələrdən birinə müştərisi tərəfindən öldürülən seks işçisinin adı veriləcək. 
 
Sfera.az xəbər verir ki, şəhərin Varf məhəlləsindəki küçə "Eunice N. Osayande” adlandırılacaq. 

23 yaşlı Nigeriyadan olan miqrant seks işçisi Eunice N. Osayande 2018-ci ilin 4 iyununda 17 yaşlı müştərisi tərəfindən çox sayda bıçaq zərbəsinə məruz qalaraq ölüb. Qanuna əsasən, təcavüzkarın mühakiməsi o zaman 18 yaşına çatmadığı üçün başlaya bilməzdi. Osayandenin Belçikaya gəlməsinə səbəb olan insan alverçiləri isə 2,5 ildən 4 ilədək həbs cəzasına məhkum ediliblər.
 
Brüssel Bələdiyyəsinin verdiyi açıqlamada Osayandenin küçə adı olaraq seçilməsinin əsas səbəbi öldürülən və cinsi zorakılığa məruz qalan qadınları unutmamaq olub.

Ölümündən bir neçə gün əvvəl Osayande yardım təşkilatlarından birinə müraciət edərək təhdid edildiyini və zorakılığa məruz qaldığını söyləyib. Qanunsuz olaraq Belçikada olan gənc qadın bu səbəbdən polisə gedə bilməyəcəyini bildirib.

Osayandenin ölümü fəaliyyət göstərdiyi məhəllədə böyük reaksiyaya səbəb olub. Bir çox seks işçisi etiraz nümayişləri təşkil edib. Osayande kimi əksəriyyəti nigeriyalı olan qadınlar şəhərin şimal məhəlləsi Şaerbekdə polislərin daha çox olmasını və təhlükəsizliyin artırılmasını tələb etmişdilər.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...