Kremldə sülh müqaviləsinə hazırlıq görülür? – “Karapetyan Moskvadadır, Azərbaycandan isə...”

Kremldə sülh müqaviləsinə hazırlıq görülür? – “Karapetyan Moskvadadır, Azərbaycandan isə...”
"Ermənistan mediası Moskvada sülh müqaviləsi ilə bağlı müzakirələrin aparıldığı iddiasını tirajlayıb. İddiaya görə, Ermənistan müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada keçirilən "Qərb-2021” hərbi təlimləri çərçivəsində Azərbaycanla sülh müqaviləsinin detallarını müzakirə edib”.

Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, son dövrlər Azərbaycanın siyasi-hərbi rəhbərliyindən heç kimin Rusiyaya səfər etmədiyini nəzərə alsaq, bu iddianın reallıqla məsafəsi daha da uzaqlaşır, lakin detallar maraqlıdır:

"Sərhədin delimitasiya və demarkasiya prosesinin SSRİ xəritəsinə uyğun aparılması razılaşdırılıb;

- Qarabağın "statusu” ilə bağlı erməni tərəfi heç nəyə nail olmayıb: bu məsələ İrəvan tərəfindən hələ də açıq saxlanılır;

- Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinə 5 ildən sonra baxılacaq;

- Zəngəzur dəhlizinin açılması reallaşacaq: Ermənistanın yola görə tranzit haqqı alması mümkündür;

- Sənədin tamamlanması yanvar ayına qədər yekunlaşacaq;

Bu məqamlar Azərbaycanın Ermənistana təqdim etdiyi yekun sülh müqaviləsi proqramına uyğundur. Erməni mənbələrin sülh müqaviləsi ilə bağlı müzakirələrin aparıldığı və tirajladıqları detalların həqiqiliyi sual altındadır.

Lakin Azərbaycan-Türkiyə və Azərbaycan-Türkiyə-Pakistan hərbi təlimlərinin sülh müqaviləsi masasında Bakının əlini gücləndirəcəyi şübhəsizdir”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...