İran Prezidenti Paşinyanla niyə görüşdü? - FOTO

10:17 / 17.09.2021
596
İran Prezidenti İbrahim Rəisi və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı erməni KİV orqanları yayıb.
Məlumata əsasən, görüş Tacikistanda baş tutub.
Qeyd edək ki, Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatının sessiyalarında iştirak etmək məqsədilə Düşənbə şəhərində səfərdədir.