İran səfiri Hikmət Hacıyevlə 3 gündə niyə iki dəfə görüşüb? - ŞƏRH

İran səfiri Hikmət Hacıyevlə 3 gündə niyə iki dəfə görüşüb? - ŞƏRH
Siyasi şərhçi Elxan Şahinoğlu Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin 3 gün ərzində İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə ikinci dəfə görüşməsi məsələsini şərh edib.

Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan politoloq bildirib ki, böyük ehtimalla birinci görüşün təşəbbüskarı səfir olub:

"Yəqin səfir Azərbaycan XİN-in növbəti notasını almaqdansa Hikmət Hacıyevin iradlarını dinləməyə üstünlük verib. Maraqlıdır, səfir "İran maşınları niyə Ermənistan üzərindən Azərbaycan ərazisinə qanunsuz yüklər daşıyırlar” sualına necə cavab verib? Əslində, səfir ona verilən birinci notadan sonra rəsmi Bakının narahatlığını Tehrana çatdırıb. Tehran notanı qulaqardına vuraraq Qarabağa yanacaq daşımağı davam etdirməklə Azərbaycandakı səfirini pis vəziyyətdə qoyub.

Görəsən, səfir bu dəfə Tehrandan hansı təlimatı və ya cavabı alıb ki, yenidən Hikmət Hacıyevlə görüşmək istəyib? Müsbət xəbər o olardı ki, Tehran Ermənistan üzərindən Qarabağa yük daşımayacağını vəd edib və səfir bu xəbəri Hikmət Hacıyevə çatdırıb. Tehran bunun qarşılığında İran yüklərinin Gorus-Qafan yolundan rahat keçməsini Bakıdan xahiş edə bilərdi. 

Birincisi, təminat yoxdur ki, hər hansı vəddən sonra da İrandakı mərkəzlər Qarabağ separatçılarına yanacaq daşımaqdan imtina etsinlər. Əks halda, Tehran səfirə Bakıda verilən birinci notadan sonra bu əməlindən çəkinməliydi. O ki qaldı, İran yük maşınlarından alınan gömrük rüsumuna burda da qeyri-adi heç nə yoxdur. Azərbaycan gömrükçüləri Azərbaycan ərazisində xarici yük maşınlarından rüsum alırlar. Əlbəttə, bu Ermənistana keçən İranın yük maşınları üçün qeyri-adi haldır, illər boyu istədiklərini Ermənistana və Qarabağa daşıyıblar. 

İran rəsmiləri və şirkətləri müharibədən sonra durumun dəyişdiyini anlamalı idilər. İrəvanın bu vəziyyətdən yeganə çıxış yolu ya Ermənistanı İranla birləşdirən altertaniv yol tikməkdir, ancaq ona xeyli maliyyə və zaman lazımdır, ya da Azərbaycan ərazisinə iddialardan əl çəkib sülh sazişini imzalamağa hazır olduğunu bəyan etməkdir”.
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...