“Paşinyan İrana görə Azərbaycanla əlavə konfliktə girməyəcək” - Açıqlama

“Paşinyan İrana görə Azərbaycanla əlavə konfliktə girməyəcək” - Açıqlama
"İranın Azərbaycanın suverenliyini təhdid edərək erməni separatizminə lojistik dəstəyi açıq şəkildə ifşa edilsə də, rəsmi Tehran öz ampulasındadır”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.  Onun sözlərinə görə, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və Türkiyənin regionda artan siyasi-hərbi mövcudluğu rəsmi Tehranı hərəkətə gətirib:

"Tehranda hakimiyyətə gələn mühafizəkarların Azərbaycanla münasibətləri korlayacağı və regionda yeni formalaşan nizama qarşı olacağı gözlənilirdi. Cənubi Qafqazda demək olar ki, mövqelərini itirən İranın Türkiyə-Ermənistan sərhədləri açıldıqdan sonra bu ölkə ilə əlaqələri zəifləyəcək. Bölgədə Türkiyənin regional gücü artacaq. Amma Azərbaycan və digər sahilyanı ölkələr üçün bu problem bitib. Ona görə də Xəzər dənizi ilə bağlı İranın narahatlıqları Azərbaycan üçün ciddi qəbul edilməyəcək”.

Politoloq İrandan Azərbaycana qarşı təxribatların gözlənildiyini qeyd edib:

"Ötən gün Türkiyənin müdafiə naziri Hulusi Akarın Azərbaycanı müdafiə edəcəkləri barədə bəyanatları təkcə İrəvan və Moskvaya deyil, Teharana da mesaj idi. İranın yeni administrasiyası Azərbaycanı rəqib ölkə kimi xarakterizə edir və çalışacaq ki, Ermənistan vasitəsilə təxribatlara gedilsin. Lakin Paşinyan İrana görə Azərbaycanla əlavə konfliktə girməkdə maraqlı deyil”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...