"Aramızda “uzunqulaq”, “tarakan” damğasını haqq edənlər var" - Deputat

"Sosial şəbəkələrdə İrandan Ermənistana, oradan da Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan hissəsinə yanacaq daşıyan bəzi azərbaycanlı sürücülərini tənqid və hətta təhqir edirlər. O sürücülər mənən yazıq, yazıqdan yazıq adamlardılar”.
 
Sfera.az bildirir ki, bunu deputat Sahib Alıyev deyib. 

"O sürücülərə Qarabağa yanacaq daşıtdıranların məqsədi təkcə düşmənə kömək deyil, həm də fars şovinistlərinin haqqımızda işlətdikləri "uzunqulaq”, "tarakan” və sair təhqirlərə haqq qazandırmaqdı. Çünki mənliyi, adamlığı, şərəfi  olan heç kim qardaşının qanını tökən, məscidlərini, məzarlıqlarını dağıdan, özlərini yurdlarınından didərgin salıb evlərinin altını üstünə çevirən düşmənə yardım etməz, yanacaq aparmaz”, - deyə millət vəkili bildirib.

S.Alıyev həmçinin bu cür hallarla ilk dəfə üzləşmədiyimizi vurğulayıb:

"Qarabağın bir hissəsi, Şərqi Zəngəzur işğal altında olarkən orada sökülən evlərin, məscidlərin materialları niyə əziz-xələf farslara, digərlərinə yox, məhz azərbaycanlılara satılırdı? Bizi parçalamaq, üz-üzə qoymaq və az öncə vurğuladığım kimi haqqımızda işlətdikləri təhqirlərin nə dərəcədə yerində olduğunu göstərmək üçün. Varmı aramızda "uzunqulaq”, "tarakan”  damğasını haqq edənlər? Var. Amma o sürücülər tarakan deyil, mədəsiylə düşünən yazıq adamlardır. Tarakanlar isə ağlı, savadı olsa da, rejimə, fars şovinizminə xidmət edən, düşmənlərimizə qucaq açan, dəstək göstərənlərdir.

İrandakı soydaşlarımız deyəndə, mənim gözümün önünə rejim nökərləri, sözün hər anlamında o qərib, yazıq sürücülər yox, 44 günlük savaş zamanı Təbrizdə, Sulduzda, Ərdəbildə ayağa qalxanlar, Ermənistana göndərilən içi yük, həm də hərbi təyinatlı yük dolu tırların qabağını kəsənlər, düşmənin necə belini sındırdığımızı görüb  Arazın o tayında yallı gedənlər, sevinc göz yaşlarını saxlaya bilməyənlər, "Traxtor”un oyunları zamanı "Azərbaycan” hayqıranlar gəlir. Ona görə də mədəsiylə düşünənlərin cavabını qoyun onlar versin. Əminəm ki, verəcəklər də”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...