Ermənilər Azərbaycanda terror törədə bilərmi? – “İndi zaman dəyişib...”

Ermənilər Azərbaycanda terror törədə bilərmi? – “İndi zaman dəyişib...”
"Monax” ləqəbli keçmiş erməni zabiti Artur Ayvazyan Azərbaycana qarşı mübarizədə Ermənistanın yeganə çıxış yolunun terrorçu-diversiya qrupları yaratmaq olduğunu bəyan edib.

O, fikirlərini belə əsaslandırmağa çalışıb:
 
"Tarixə nəzər salsaq görərik ki, bu ermənilərin son ümid yeridir. Biz sonradan PKK ilə də hər hansı bir yolla razılaşa bilərik. Vəziyyət çox ciddidir, hər gün bir addım geri çəkilirik. Zəngəzuru, ümumiyyətlə, yaddan çıxarın, o, əlimizdən getdi. İndi İrəvanda hamı bir-birini ittiham etməklə məşğuldur”.
 
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov deyib ki, Ermənistanın "nəfəs borusu” hesab olunan Gorus-Qafan yoluna nəzarət etməyimiz düşməni çıxılmaz vəziyyətə salıb:

"Nəticədə düçar olduqları məğlubiyyətini anlamağa və etiraf etməyə başlayıblar. Təəssüf ki, ermənilər bu dəfə də son ümidini terrora bağlayırlar. "Monax” ləqəbli Artur Ayvazyanın populist çıxışından da bunu görmək mümkündür. Tarixən də ermənilərin iyrənc sifətləri beynəlxalq səviyyədə törətdikləri terrorlarla yadda qalıb. Erməni terror təşkilatı olan ASALA-nın əli olduğu  beynəlxalq terror hadisələrinə bütün dünya  şahidlik edib. Terror-diversiya ideyası ermənilər üçün yenilik deyil. Bu , həm də onların acizliyin nişanəsidir”.

Müsahibimiz artıq zamanın dəyişdiyini və bu gün Azərbaycanın xüsusi xidmət orqanlarının pəşəkarcasına fəaliyyət göstərdiyini qeyd edib:

"Onlar ölkəmizdə törədə bilinəcək hər hansı bir terror-diversiya hadisəsini vaxtında müəyyənləşdirərək qarşısını alırlar. Bu baxımdan Ayvazyanın populist çağırışlarının Azərbaycana hər hansı bir təhlükə yaradacağını düşünmürəm. Ermənilərin bu cür çıxışlarını onların  keçmişdə, yəni  30 il əvvəldə qaldığının göstəricisi hesab edirəm. Ermənistanın yeganə çıxış yolu Azərbaycanın ərazi bütövlüyünün tanınmasından, sülh müqaviləsinə imza atmasından və qonşu ölkələrə olan əsassız ərazi iddialarından əl çəkməsindən keçir”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

İranda təyyarə qəzaya uğradı - Ölənlər var

İran polisinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Rəşt şəhəri yaxın...

Naxçıvanda əhalinin sayı artdı

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsi məlumat yayıb. ...

Elektronik avadanlıqlar alarkən nələrə diqqət etməliyik? - ARAŞDIRMA

Son dövrlərdə elektronik avadanlıqlarda təhlükəsizlik problemlərinin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Robot tozsoranlardan tutmuş elektrik avtomobil...

Azər Türk Bank ötən ili uğurla başa vurdu

Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 110% artaraq, 2,084 milyard manat səviyyəsində olub...

Əhalinin NƏZƏRİNƏ: Bu ərazilərdə sürüşmə təhlükəsi yüksəkdir

Son vaxtlar yağıntıların artması bölgələrdə torpaq sürüşməsini artırıb.   Sfera.az xəbər verir ki, Şəki şəhərində 18-ci rayon Tolstoy küçəsində torpa...

"Bayden administrasiyası "son akordları"nı vurur, Rusiya razılıq verməsə, ABŞ Ermənistanda..." - ŞƏRH

Xəbər verdiyimiz kimi, artıq ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalanıb. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət kati...