Ermənilər Azərbaycanda terror törədə bilərmi? – “İndi zaman dəyişib...”

Ermənilər Azərbaycanda terror törədə bilərmi? – “İndi zaman dəyişib...”
"Monax” ləqəbli keçmiş erməni zabiti Artur Ayvazyan Azərbaycana qarşı mübarizədə Ermənistanın yeganə çıxış yolunun terrorçu-diversiya qrupları yaratmaq olduğunu bəyan edib.

O, fikirlərini belə əsaslandırmağa çalışıb:
 
"Tarixə nəzər salsaq görərik ki, bu ermənilərin son ümid yeridir. Biz sonradan PKK ilə də hər hansı bir yolla razılaşa bilərik. Vəziyyət çox ciddidir, hər gün bir addım geri çəkilirik. Zəngəzuru, ümumiyyətlə, yaddan çıxarın, o, əlimizdən getdi. İndi İrəvanda hamı bir-birini ittiham etməklə məşğuldur”.
 
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov deyib ki, Ermənistanın "nəfəs borusu” hesab olunan Gorus-Qafan yoluna nəzarət etməyimiz düşməni çıxılmaz vəziyyətə salıb:

"Nəticədə düçar olduqları məğlubiyyətini anlamağa və etiraf etməyə başlayıblar. Təəssüf ki, ermənilər bu dəfə də son ümidini terrora bağlayırlar. "Monax” ləqəbli Artur Ayvazyanın populist çıxışından da bunu görmək mümkündür. Tarixən də ermənilərin iyrənc sifətləri beynəlxalq səviyyədə törətdikləri terrorlarla yadda qalıb. Erməni terror təşkilatı olan ASALA-nın əli olduğu  beynəlxalq terror hadisələrinə bütün dünya  şahidlik edib. Terror-diversiya ideyası ermənilər üçün yenilik deyil. Bu , həm də onların acizliyin nişanəsidir”.

Müsahibimiz artıq zamanın dəyişdiyini və bu gün Azərbaycanın xüsusi xidmət orqanlarının pəşəkarcasına fəaliyyət göstərdiyini qeyd edib:

"Onlar ölkəmizdə törədə bilinəcək hər hansı bir terror-diversiya hadisəsini vaxtında müəyyənləşdirərək qarşısını alırlar. Bu baxımdan Ayvazyanın populist çağırışlarının Azərbaycana hər hansı bir təhlükə yaradacağını düşünmürəm. Ermənilərin bu cür çıxışlarını onların  keçmişdə, yəni  30 il əvvəldə qaldığının göstəricisi hesab edirəm. Ermənistanın yeganə çıxış yolu Azərbaycanın ərazi bütövlüyünün tanınmasından, sülh müqaviləsinə imza atmasından və qonşu ölkələrə olan əsassız ərazi iddialarından əl çəkməsindən keçir”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...