“Şuşa türk dünyasının ortaq dəyəri, ortaq mədəni irsidir” - Qazaxıstanlı jurnalistlə MÜSAHİBƏ

“Şuşa türk dünyasının ortaq dəyəri, ortaq mədəni irsidir” - Qazaxıstanlı jurnalistlə MÜSAHİBƏ
Qazaxıstanlı jurnalist Nurqali Yusifbayın Sfera.az-a müsahibəsi

- Bir neçə gün öncə 100-dən çox qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri işğaldan azad olunmuş Şuşa şəhərinə səfər etdi. Səfər edənlər arasında siz və sizin kimi bir çox xarici ölkə jurnalistləri də vardı. Səfər təəssüratlarınızı bölüşə bilərsiniz?


- Səfər zamanı Azərbaycan silahlı qüvvələrinin 44 günlük müharibə zamanı qanları, canları bahasına işğaldan azad etdikləri rayonları və təbii ki, gözəl Şuşanı ziyarət etdik. Şuşadan öncə isə Cəbrayıl, Füzuli şəhərlərində olduq. Burada aparılan bərpa prosesi, eyni zamanda erməni vandalizmini bütün çılpaqlığı ilə gördük. Bu səfər mən və mənim kimi digər jurnalistlər üçün məhsuldar oldu. Özüm də diqqət edirdim bəzi jurnalistlər yolboyu öz təəssüratlarını, gördüklərini yazır, yerindəcə paylaşımlar edirdi. Təbii ki, biz də səfərdən sonra öz düşüncələrimizi gördüklərimizi həm sosial şəbəkədə, həm də mənsub olduğumuz qurumlarda yayımladıq.

- Səfər zamanı sizinlə birlikdə daha kimlər var idi?

- Ümumilikdə işğaldan azad edilən ərazilərə bizdən başqa tanınmış yerli və xarici politoloqlar, mədəniyyət işçiləri, jurnalistlər dəvət olunmuşdu. Mənimlə birlikdə hər ölkədən iki nəfər olmaqla Qazaxıstandan, Özbəkistandan və Qırğızıstandan nümayəndələr iştirak edirdi.

Ümumiyyətlə, bu kimi səfərlərin tez-tez keçirilməsi olduqca vacibdir. Xüsusilə türk dövlətlərindən olan jurnalistlərin, mədəniyyət xadimlərinin Qarabağa səfərlərinin təşkili vacibdir. Şuşa türk dünyasının ortaq dəyəri, ortaq mədəni irsidir. Bu irsi daha yaxşı tanıtmaq, eyni zamanda erməni vandalizmini daha geniş kütlələrə çatdırmaq üçün belə səfərlərin mütəmadi keçirilməsinə ehtiyac var.

- Qarabağa səfər zamanı sizi ən çox nə təəccübləndirdi?

- Etiraf etməliyəm ki, Qarabağa səfər zamanı mən bir yox, bir neçə dəfə təəccübləndim. Əvvəla ona görə ki, yolboyu biz cənab Prezidentin işğaldan azad edilən ərazilərə göstərdiyi diqqətin və aparılan hərtərəfli bərpa işlərinin şahidi olduq. 27 illik işğal müddətindən sonra ərazilərin bu qədər sürətli barpa edilməsi olduqca təəccüblüdür.
 
Əlbəttə, səfər zamanı təkcə müsbət şeylərə təəccüblənmədim. Qarabağın 27 illik işğal zamanı işğalçılar tərəfindən necə dağıdılmasının da şahidi oldum. Səfər zamanı Füzuli və Cəbrayıl şəhərlərində olduq. Şəhər deməyimə baxmayın, bu ərazilərdə şəhərdən əsər-əlamət qalmamışdı. Bu ərazilərdə 27 illik işğalın dəhşəti özünü bariz şəkildə göstərir. Xüsusilə Cəbrayılın ecazkar təbiəti insanı nə qədər rahatladırsa, şəhərin işğal zamanı üzləşdiyi dağıntı, baxımsızlıq,  vandalizm də bir o qədər dəhşətə gətirir. Mən işğaldan azad edilən Qarabağ şəhərlərinin Xirosimanı xatırlatdığını eşitmişdim. Lakin dağıntıları özüm gördükdən sonra deyilənlərin hələ az olduğunu anladım. Ermənilərin Qarabağda etdiyi vandallıq Azərbaycan şəhərlərinin üzləşdiyi aqibət Xirosimadan daha dəhşətlidir.

Açıq demək lazımdır ki, bu vandalizm aktıdır. Həm də məqsədli surətdə edilmiş vandalizm aktı. Təəssüf ki, bu vandalizim hələ də davam etməkdədir. Ermənistanın 44 günlük müharibə zamanı ərazidən geri çəkilməsi, bu zaman əraziləri minalaması və minalanmış ərazilərin xəritələrini geri verməməsi bunu bir daha təsdiqləyir.

- Nurqali bəy, qeyd etdiniz ki, siz həm də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində də olmusunuz...


- Bəli, biz Füzuli və Cəbrayıl şəhərlərindən sonra Şuşanı da ziyərət etdik. Şuşa şəhəri gözəl və valehedici təbiətə, mədəni-tarixi irsə sahibdir. Şuşa şəhəri ərazisinə görə dünyanın bir çox şəhərindən kiçik ola bilər, ancaq şəhərin sahib olduğu mədəni irs, füsunkar təbiəti onu dünyanın ən gözəl şəhərlərindən edir. Tam səmimiyyətimlə deyirəm, Şuşa bütün türk dünyasının ortaq dəyəridir. Buna görə də bu şəhərə bütün türk ölkələri diqqət və qayğı göstərməli, ortaq mədəniyyət paytaxtı kimi qəbul etməliyik.

Şuşaya səfər zamanı biz həm də Prezident İlham Əliyevin bu şəhərə niyə bu qədər önəm verdiyini anladıq. Şuşa bir çoxları üçün kiçik bir şəhər kimi görünə bilər, lakin bu kiçik şəhərdə bu qədər mədəni irsin olması, tarixi abidələrin olması onun dəyərini ölçülməz edir.
 
- Bu gün ermənilər dünyanın bir çox yerində əsassız şəkildə iddia edirlər ki, Azərbaycan işğaldan azad edilən Qarabağda onlara məxsus dini abidələri dağıdır. Siz bu kimi bir halla rastlaşdınız?

- Qəttiyyən! Bu və bu kimi iddiaların heç bir əsası yoxdur. Əksinə mən Cəbrayıl və Füzulidə olarkən işğalçıların yerli sakinlərə məxsus qəbirləri dağıtdığını, tanınmaz hala saldığının şahidi oldum. Amma Şuşada aparılan bərpa işləri çərçivəsində şəhərdəki kilsələr də bərpa edilir.
 
- Sonda xarici ölkə vətəndaşı olaraq Şuşada nə görmək istərdiniz?

- Şuşada SSRİ dövründə tanınmış sanatoriyalar fəaliyyət göstərirdi. Hətta digər respublikalardan belə hər il minlərlə insan bura gəlir, istirahət edirdi. Düşünürəm ki, bu ənənə yenidən bərpa edilməlidir. Şuşa əvvəlki məşhurluğunu bərpa etməlidir. Bu ölkənin ciddi turizm potensialı var. Əminəm ki, Şuşaya növbəti səfərimdə buranı tamamilə bərpa edilmiş, dünyanın ən gözəl şəhərlərindən biri kimi görəcəm. 
 
Bizləri işğaldan azad edilən Qarabağa və gözəl Şuşaya dəvət edən Azərbaycan Respublikası Prezident Administrasiyasına təşəkkürlərimi bildirirəm.
 
Söhbətləşdi: Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Bloqqer cərrahdan bərbad karyera üçün milyonlarla pul tələb edir - FOTO

Böyük Britaniyadan olan gözəllik bloqqeri Danielle Mansutti cərrahı məhkəməyə verərək ondan 1,7 milyon funt-sterlinq təzminat tələb edir.   Sfera.az bi...

Qadın lotereyada 2,5 milyon dollar qazandı: Kasıba verdiyi gödəkçənin cibində getdi

ABŞ-ın Pensilvaniya ştatında yaşayan 76 yaşlı Mildred Simoneriluto lotereyada 2,5 milyon dollar qazanıb. Lakin lotoreya bileti təsadüfən onun xeyriyyə təşkilatı...

Ustalar tikinti zamanı divarın altında qızıllarla dolu xəzinə tapdılar - FOTO

Fransada “Dordon” departamentinin bərpa işləri zamanı qızıl və almazdan ibarət xəzinə tapılıb. Zərgərlik əşyaları qədim daş divarın altında gizlədil...

Qeyri-adi doğuş: 4 aylıq fərqlə doğulan əkizlər - FOTOLAR

Körpələrdən biri ABŞ-da surroqat ana ilə, digəri isə gözlənilməz və təbii hamiləlikdən sonra dünyaya gəlib.   Bu qeyri-adi hekayə itki ilə başlayıb. 20...

Qadın 10 ildir özünə heç nə almır: Puldan tamamilə imtina edib

Joe Nemethin (Co Nemet) stabil maaşı, ipoteka krediti və maşını yoxdur. O, on ildir ki, yeni heç nə almır və nadir hallarda alış-verişə gedir. Bununla belə, o, ...

İran hava məkanını bağlayır - Ordu döyüş vəziyyətinə gətirilir

İran hakimiyyəti hava məkanını bağlamaq və ordunu döyüş hazırlığı vəziyyətinə gətirmək barədə qərar qəbul edib.   Sfera.az xəbər verir ki, bu ba...