İlin əvvəlindən Ukrayna Azərbaycandan 288 milyon dollarlıq neft alıb

İlin əvvəlindən Ukrayna Azərbaycandan 288 milyon dollarlıq neft alıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Ukraynaya ümumi dəyəri 287,823 milyon ABŞ dolları olan xam neft ixrac edib.

Sfera.az-ın "İnterfax-Ukrayna»ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Dövlət Gömrük Xidmətinin məlumatında deyilir.

Məlumata görə, bu ilin 8 ayında Ukrayna 770,824 min ton xam neft və neft məhsullarını idxal edib. Bu, 2020-ci ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 14,5 % azdır.

Qeyd edilir ki, bu ilin 8 ayı ərzində ölkə 354,808 milyon ABŞ dolları dəyərində xam neft və neft məhsulları idxal edib. Bu, daha əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,8 % çoxdur.

Həmçinin, bu müddət ərzində Liviyadan ümumi dəyəri 37,032 milyon ABŞ dolları, Əlcəzairdən 29,421 milyon ABŞ dolları, digər ölkələrdən isə 0,532 milyon ABŞ dolları dəyərində xam mal idxal edilib.

Bildirilir ki, bu müddət ərzində isə Ukrayna Rumıniyaya ümumi dəyəri 27,133 milyon ABŞ dolları olan 89,963 min ton neft ixrac edib.

OXŞAR XƏBƏRLƏR

Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil?

Əvvəllər yalnız məktəbdən ayrılmaq istəyən IX sinif şagirdlərindən ərizə tələb olunurdusa, indi X sinfə keçmək üçün də valideyn ərizəsi istənilir.   ...

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Əfqanıstan Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kab...