Ermənistanın "Avrora” radiosu Qarabağda yayımını əslində niyə dayandırıb?-ŞƏRH

Ermənistanın
"Düşünürəm ki, bu, maliyyə məsələləri ilə bağlı deyil”.

Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında media eksperti Qulu Məhərrəmli Ermənistanın "Avrora” radiosunun Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yayımını dayandırmasına aydınlıq gətirərkən deyib. 

Ekspert hesab edir ki, radio yayımı elektron yayımı içərisində iqtisadi, maliyyə çəhətdən ən sərfəlidir, ucuz başa gəlir: 

"Adi bir studiyadır, cüzi avadanlıqla onu təşkil eləmək olur və səsi ötürücülər yayır. Mən elə bilirəm ki, bu, sülhməramlılarla yerli media arasındakı anlaşılmazlıqla bağlı ola bilər. Çünki orada yerli ermənilərin daxili gizli bir etirazı var və bunu verilişlərdə də ifadə edirlər. Hesab edirəm, bağlanma buna görədir”.

Qeyd edək ki, Ermənistanın "Avrora” radiosunun Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yayımı dayandırılıb. Radio rəhbəri bunu maliyyə problemləri ilə bağlayıb.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...