İran 211 miyon dolları Azərbaycan vasitəsilə Ermənistana necə ötürüb? – Təxribatın ilginc sxemi

İran 211 miyon dolları Azərbaycan vasitəsilə Ermənistana necə ötürüb? – Təxribatın ilginc sxemi
"Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə İran həm də sanksiyalardan daha az zərərlə çıxmaq üçün istifadə etdiyi platformanı itirdi. İşğal dövründə Tehran Qarabağda "çirkli pulların yuyulması” mexanizmini qurmuşdu”.

Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, İrandan Qarabağa gətirilən pullar burada iranlılar tərəfindən qurulmuş banklar vasitəsilə İrəvanda yenə iranlıların qurduğu banklara ötürülür və "təmizlənirdi”:

"Dünya Bankının 2019-cu il hesabatında bununla bağlı konkret faktlar əksini tapıb. Hesabatda qeyd olunur ki, 2017-ci ildə Azərbaycandan Ermənistana 7 milyon, 2018-ci ildə 2011 milyon dollar pul köçürülüb. Erməni müxalifəti 44 günlük müharibədən sonra "Azərbaycandan Ermənistana 211 milyon pul köçürülüb” detalından "türklərə satılıb” ittihamı ilə Paşinyana qarşı arqument kimi istifadə edirdi. Hərçənd Azərbaycandan köçürülən pul əslində Qarabağdan köçürülən İran pul idi.

Dünya Bankı beynəlxalq hüquqa əsasən Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı üçün pul transferini də bu prinsiplə hesablayır”.  
 
A.Nərimanlının sözlərinə görə, ABŞ Konqresinin Nümayəndələr palatasının keçmiş üzvü Dan Barton da 2018-ci ildə verdiyi müsahibəsində İranın Qarabağdakı banklar vasitəsilə pulları "yuduğunu” və "Hizbullah”ı maliyyələşdirdiyini açıqlamışdı:

"Bu, İranın işğal dövründə Azərbaycan torpaqlarında həyata keçirdiyi qanunsuzluqların kiçik bir hissəsidir. Müharibədən sonra bu mexanizmdən məhrum oldular. Bu gün Tehranın Xankəndidəki separatçı-terrorçu rejimə dəstək vermək üçün "min bir əziyyətə” qatlanmasının səbəblərindən biri də "bəlkə bu mexanizmi xilas” etmək ümididir”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...