“İran kimisə dəstəkləməklə xoşbəxt edə bilsəydi...” - Açıqlama

“İran kimisə dəstəkləməklə xoşbəxt edə bilsəydi...” - Açıqlama
"İran prosesləri yanlış istiqamətə yönləndirməyə çalışır”.

Sfera.az bildirir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. O, İran prezidentinin bəyanatlarının rəsmi qurumların fəaliyyəti ilə daban-dabana zidd olduğunu bildirib.

"Onsuz da iki-üç ölkədən başqa İrana salam verən yoxdur. Bu məsələlərə İranda yaşayan soydaşlarımız da münasibət bildirməlidir. Bu günün sabahı da var. İran və ya Rusiya kimisə dəstəkləməklə xoşbəxt edə bilsəydi, əvvəlcə öz vətəndaşlarına gün ağlayardı”, - deyə Verdiyev əlavə edib.

Ekspert  həmçinin zamanla bütün daşların öz yerinə oturacağını vurğulayıb: "İran riyakarlıqdan əl çəkməyə məcbur qalacaq”.

Xatırladaq ki, ötən gün Gorus-Qafan yolunda İran yük maşınlarının iki sürücüsü Azərbaycan polisi tərəfindən saxlanılıb. Yayılan sənədlərdə çatdırılma ünvanı "Stepanakert, Armenia” olaraq qeyd edilib.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...