Ukrayna Ermənistana və erməni diasporuna sanksiyalar tətbiq edə bilər

Ukrayna Ermənistana və erməni diasporuna sanksiyalar tətbiq edə bilər
Ukrayna Prezidentinin rəsmi internet saytında BMT Baş Assambleyasının 76-cı sessiyasında bu ölkənin ərazi bütövlüyü əleyhinə səs vermiş Ermənistan və Belarusa qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı  petisiya yaradılıb.

Sfera.az xəbər verir ki, petitsiyanın təşəbbüsçülərindən olan "İnformasiya müqaviməti” qrupunun koordinatoru, Ukrayna Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı mütəxəssisi, hərbi və siyasi şərhçi Aleksandr Kovalenko "Report”un Şərqi Avropa bürosuna bildirib ki, sentyabrın 14-dən elan olunan petisiyada səsvermə sürətlə gedir.

O deyib ki, petisiya 92 gün davam edəcək və 25 min müsbət rəy verən izləyici yığmalıdır: "Ukrayna ilə təmasdan, əsasən də iqtisadi əlaqələrdən faydalanıb, amma ölkəmiz əleyhinə səs verənləri qanun çərçivəsində cəzalandırmaq istəyirik. Məsələn, Belarus Ukrayna ilə ticari əlaqələrdən ildə xeyli fayda götürür. O cümlədən Ermənistan bundan da artıq fayda götürür. Bundan başqa Ukraynada kifayət qədər erməni diasporu fəaliyyət göstərir ki, onlar da Ermənistanın büdcəsinin burdan faydalanmasında rol oynayırlar. Bizim petisiyanın da məqsədi bütün bunların qarşılığında Ukraynanın ərazi bütövlüyünə hörmət qoymayan bu ölkəyə və diasporuna qarşı ciddi sanksiyaların tətbiq edilməsidir. Çünki Ermənistan ilk dəfə deyil ki belə hərəkətə yol verir”, - o əlavə edib.


Xatırladaq ki, "Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki vəziyyətə dair” adlı bəndin BMT Baş Assambleyasının 76-cı sesiyasının gündəliyinə salınmasına dair keçirilən səsvermə zamanı Azərbaycan lehinə, Ermənistan isə əleyhinə səs verib.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...