Paşinyandan Gorus-Qafan yolu ilə bağlı ETİRAF

Paşinyandan Gorus-Qafan yolu ilə bağlı ETİRAF
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırıb.

Sfera.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, höukmət başçısı Gorus-Qafan yolunda Azərbaycan sərhədçilərinin yük maşınlarını yoxlamasına da aydınlıq gətirib. 
O, postların Azərbaycan ərazisində quraşdırıldığını söyləyib:

"Gorus-Qafan yolu 2 yerdə Sovet Ermənistanının ərazisindən çıxır. Postlar məhz həmin yerlərdə qoyulub".

Paşinyan ötən ilin dekabrında yolun Azərbaycandan keçən hissəsindən erməni tərəfinin müvəqqəti istifadə etməsi barədə razılıq əldə olunduğunu söyləyib. Amma bu razılıq xarici ölkələrin yük maşınlarına şamil edilmirdi. 

Nikol Paşinyan İrandan gələn yük maşınlarına görə yaşanan problemi də  bununla əlaqələndirib.

Faktiki olaraq, Nikol Paşinyan Azərbaycan tərəfinin İranın yük maşınlarını öz suveren ərazisində yoxlamasını dəstəkləyib və razılaşmanı məhz "erməni tərəfinin pozduğunu" etiraf edib.

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...