Azərbaycan “Aİ-95” və “Aİ-98” benzinlərini neçəyə alır?

Azərbaycan “Aİ-95” və “Aİ-98” benzinlərini neçəyə alır?
Azərbaycana xaricdən gətirilən "Aİ-95” və "Aİ-98” markalı avtomobil benzinin pərakəndə satış qiyməti 2021-ci ildə üçüncü dəfədir ki, artırılır. Son qərarla "Aİ-95” markalı benzinin bir litrinin qiyməti 1,6 manata, "Aİ-98” benzininin qiyməti 1,9 manata qaldırılıb. 

Bundan öncə idxal benzinlərinin qiyməti iyulun 31-də və iyunun 2-də artırılmışdı. İyunun 2-nə qədər idxal benzinlərinin qiyməti müvafiq olaraq 1,25 və 1,4 manat idi. 

2021-ci ildə ilk bahalaşmanın qeydə alındığı iyunun 2-də "Aİ-95” və "Aİ-98” markalı benzinlərin qiyməti müvafiq olaraq 1,4 və 1,55 manata, iyulun 31-də 1,45 və 1,6 manata qaldırılmışdı. 

Azərbaycanda benzin idxalı ilə məşğul olan şirkətlər bahalaşmanın səbəbi kimi, neft məhsullarının bahalaşmasını göstərir. 

Bəs, idxal edilən avtomobil benzinləri Azərbaycana hansı qiymətə başa gəlir?

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilk bahalaşmanın baş verdiyi tarixə qədər "Aİ-95” markalı benzinin bir tonunun qiyməti 680 dollar (1156 manat),  "Aİ-98” markalı avtomobil benzinin qiyməti 796 dollar (1353 manat) olub. 

Yanvar-iyunda "Aİ-95” benzinin orta idxal qiyməti 692 dollara (1177 manat), "Aİ-98” benzinin qiyməti 814 dollara (1385 dollar) yüksəlib. Yanvar-iyulda isə orta idxal qiyməti "Aİ-95” benzinində 704,5 dollara (1200 manat), "Aİ-98” benzinində 814,5 dollara (1380 manat) qədər artıb.
 
Yanvar-avqust ayına aid olan məlumatlar hələlik açıqlanmayıb. Amma neftin bahalaşmasını nəzərə alsaq, təxmin etmək olar ki, orta idxal qiymətləri avqustda bir qədər də yüksəlib. 

İdxal benzinin bahalaşmasının pərakəndə satış qiymətlərinə təsir etməsi təbiidir. Yanvar-iyul aylarında "Aİ-95” markalı idxal benzininin bir litrinin topdansatış qiyməti 1,2 manat olduğundan iyulun 31-də onun pərakəndə qiymətinin 1,45 manata yüksəlməsi qanunauyğundur. Çünki pərakəndə satış zamanı vergi və əməkhaqqı xərcləri çox olduğundan pərakəndə qiymət topdansatış qiymətindən yüksək olur. 
Qeyd edək ki, Azərbaycan 2014-cü ilin aprelin 1-dən "Aİ-95” və "Aİ-98” markalı benzinin idxalını həyata keçirir. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan qazının Suriyaya ixracı bu ölkənin bərpasına töhfə verəcək - Mikayıl Cabbarov

"Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı bu ölkənin bərpasına öz töhfəsini verəcək".   Sfera.az APA-ya istinadən xəbər verir k...

Dörd kosmonavt kosmosa göndərildi

“Boeing” şirkətinin “Starliner” kosmik gəmisində yaşanan texniki nasazlıqlar səbəbindən uçuşu bir il təxirə salınan dörd nəfərlik kosmon...

Azərbaycan qazının Suriyaya ixracına başlanılıb - VİDEO

Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, qeyd olun...

Avropa sürücülük vəsiqəsinə yaş məhdudiyyəti qoydu - Yenilik

Avropa İttifaqı (Aİ) sürücülük təhlükəsizliyini artırmaq məqsədilə yeni yaş məhdudiyyəti tətbiqinə başlayıb. Yeni qaydalar İspaniyada qüvvəyə minib.   ...

Bakıda 38 dərəcə isti var - FAKTİKİ HAVA

Avqustun 2-si saat 10:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az verilən məlumata görə, avqustun 2-si saat 10:...

Kredit kartı ilə borclanma məhdudlaşdırılır – Səbəb

Mərkəzi Bank istehlak kredit kartları ilə bağlı yeni requlyativ dəyişikliklər edib. Yeni qaydalara əsasən, borcalanın kredit kartı üzrə borcu onun xalis, vergid...