Azərbaycan-Türkiyə birliyi heç vaxt sarsılmayacaq - Şərəf Malkoç

Azərbaycan-Türkiyə birliyi heç vaxt sarsılmayacaq - Şərəf Malkoç
20-ci əsrin əvvəlində Azərbaycanın müstəqillik mübarizəsində şəhidlərimizin göstərdiyi qəhrəmanlıq Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələri üçün daha sağlam zəmin yaratdı və bu, əsla sarsılmayacaq. Bu sağlam təməllər üzərində yüksələn birlik və qardaşlıq Türkiyənin, Azərbaycanın, Qafqazın və bütün dünyanın rifahına töhfə verəcək. Bunun ən bariz nümunəsi ikinci Qarabağ müharibəsində qazanılan zəfərdir.

Sfera.az-ın məlumatına görə, bunu Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç jurnalistlərə açıqlamasında bildirib.

Ş.Malkoç qeyd edib ki, 15 sentyabr anadolu türkləri və azərbaycan türklərinin tarixində çox əlamətdar gündür:

"Bakının işğaldan azad edilməsinin 103-cü ildönümündə başda İslam Qafqaz Ordusunun müzəffər komandanı Nuru Paşa olmaqla bütün qəhrəmanlarımızı və şəhidlərimizi hörmətlə yad edirik. Onların göstərdiyi şücaət və qəhrəmanlığa görə Azərbaycan -Türkiyə qardaşlığı daha da möhkəmləndi."

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...